AKTUAL Ana Səhfə İdman manset

Məsut Özil Həzrəti Əlidən sitat gətirdi

“Arsenal” klubunun türk əsilli futbolçusu Məsut Özil özünün “Twitter” səhifəsində Çində uyğurlara qarşı həyata keçirilən təqiblərə səssiz qalan müsəlmanları tənqid edib. “Şərqi Türküstan – İslam ümmətinin qanayan yarasıdır. Uyğurlar – təqiblərə müqavimət göstərən döyüşçülər, insanları zorla İslamdan uzaqlaşdırmağa çalışanlara qarşı təklikdə mübarizə aparan şərəfli möminlərdir”. Futbolçunun yazdığına görə, Çində Quran kitabları yandırılır, məscid və dini […]

İdman Manşetüstü

Məşhur futbolçu klubunu dəyişir

“Mançester Siti” 34 yaşlı yarımmüdafiəçisi Fernandinyo ilə yollarını ayırmağı planlaşdırır. XəbərAl.az  xəbər verir ki, “şəhərlilər” futbolçu ilə yeni müqavilə imzalamayacaq. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb. Xəbərdə klubun braziliyalı futbolçu ilə danışıqları dayandırdığı bildirilir.

İdman Manşetüstü

Azərbaycanın ən güclü boksçuları bəlli oldu

Boks Mərkəzində kişi boksçular arasında keçirilən Azərbaycan çempionatı başa çatıb. Ölkənin müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən yarışda 29 komandanın 109 boksçusu qüvvəsini sınayıb. Altı gün davam edən turnirdə 8 çəki dərəcəsi üzrə mükafatçılar müəyyənləşib. XəbərAl.az xəbər verir ki, həlledici döyüşlərdə qalib gələn Maqsud Xasmetov (52 kq), Ümid Rüstəmov (57 kq), […]

İdman Manşetüstü

Qara Qarayev: “Qrupdan çıxmaq özümüzdən asılı idi, indi əlimizdə deyil”

“Avropa Liqasındakı şanslarımız öz əlimizdə deyil. Halbuki qrupdan çıxmaq bizdən asılı idi. Ötən turdan sonra vəziyyət dəyişdi. Buna baxmayaraq, sonadək mübarizə aparacağıq. Vuruşacağıq ki, tariximizdə ilk dəfə qrupdan çıxa bilək”. Bunu XəbərAl.az-a açıqlamasında “Qarabağ”ın futbolçusu Qara Qarayev komandasının Avropa Liqasının qrup mərhələsindəki şanslarından danışarkən deyib. 27 yaşlı yarımmüdafiəçi Ağdam təmsilçisində hər şeyin qaydasında olduğunu bildirib: “Sadəcə, […]

İdman Manşetüstü

Robert Prosineçki “Qarabağ”ın qapıçısının atasına cavab verib

Bosniya və Heresqovina yığmasının baş məşqçisi Robert Prosineçki “Qarabağ”ın qapıçısı Asmir Beqoviçin atası Amir Beqoviçin onunla bağlı dediyi fikirlərə münasibət bildirib. XəbərAl.az-ın məlumatına görə, 50 yaşlı mütəxəssis “Federal TV”yə müsahibəsində ittihamlara cavab verib. Prosineçki 32 yaşlı qolkiperi yığmaya çağırmamasının səbəbini yenidən açıqlayıb: “Asmir Beqoviç uzun müddət oynamadı. Çıxış yolu tapdı və “Qarabağ”a getdi. Çox yaxşı çıxış edir. Biz bundan […]

İdman manset

İdmançımız dünya çempionatının qalibi oldu

30 oktyabr- 03 noyabr 2019 cu il tarixində İtaliyanin Karrara şəhərində kikboksinqin WTKA versiyası üzrə dünya çempionatı keçirilib.   XəbərAl.az xəbər verir ki, Bu yarışda dəfələrlə Dünya və Avropa çempionu, mötəbər yarışların qalibi, Prezident mükafatçısı, Vergilər Nazirliyinin əməkdaşi “Ali Fight Club”kikboksinq klubunun prezidenti Azər Aslanov 65 kq çəki dərəcəsində kikboksinqin “light contact” növündə ən güclü […]

İdman Manşetüstü

“Qarabağ”ın bu oyununda azarkeş olmayacaq – Qərar

UEFA Avropa Liqasının 4-cü turu çərçivəsində Kiprə səfərə gedəcək “Qarabağ” komandası APOEL-ə qarşı keçirəcəyi matçına azarkeşsiz çıxacaq. XəbərAl.az xəbər verir ki, Azərbaycan təmsilçisinin rəhbərliyi öz azarkeşlərinə oyuna baxmağa gəlməməyi tövsiyə edib. Məqsəd mümkün gərginlik riskindən qaçmaqdır. Qeyd edək ki, matç noyabrın 7-də, Nikosiyadakı “GSP Arena”da keçiriləcək. Tarixi qarşılaşma Bakı vaxtı ilə saat 21:55-də başlayacaq. Oyun […]

İdman Manşetüstü

Futbol üzrə Azərbaycan Premyer Liqasında X turun daha bir oyunu keçirilib

Futbol üzrə Azərbaycan Premyer Liqasında X turun daha bir oyunu keçirilib. XəbərAl.az-ın məlumatına, günün ilk matçında “Zirə” “Sumqayıt”ı qəbul edib. Zirə İdman Kompleksinin stadionunda keçirilən qarşılaşma 2:2 hesabı ilə bitib. Görüşdə ilk qol üçüncü dəqiqədə vurulub. “Zirə”nin heyətində Mfo Kqasvane fərqlənib. Qonaqlar 30-cu dəqiqədə hesabı bərabərləşdirib. Peyman Babayi penalti zərbəsini dəqiq yerinə yetirib. “Sumqayıt” ilk […]

İdman Manşetüstü

Azərbaycanın şahmat yığması Ermənistana qalib gələrək 27 ildən sonra Avropa çempionatının medalçısı olub

Azərbaycanın kişi və qadın şahmatçılarından ibarət milli komandaları Gürcüstanın Batumi şəhərindəki Avropa çempionatının son tur oyunlarını qələbə ilə başa vurub. XəbərAl.az-ın məlumatına görə, qadınların mübarizəsində Ermənistan, kişilərin yarışında isə Sloveniya yığması məğlub edilib. Qadınların görüşündə Günay Məmmədzadənin birinci lövhədə Lilit Mkrtçyan üzərində qələbəsi həlledici olub. Qalan şahmatçılar heç-heçə etdiklərindən 2,5:1,5 hesablı nəticə qeydə alınıb. Bununla da qadınlardan […]

İdman Manşetüstü

Avropa çempionatı: Azərbaycan və Ermənistan yığmalarının heyətləri açıqlanıb

Azərbaycanın kişi və qadın şahmatçılarından ibarət milli komandalarının Gürcüstanın Batumi şəhərindəki Avropa çempionatının son turu üçün heyətləri açıqlanıb. XəbərAl.az-ın məlumatına görə, qadınların yarışında birinci lövhədə Günay Məmmədzadə Ermənistan təmsilçisi Lilit Mkrtçyanla, kişilərin mübarizəsində isə Arkadi Naydiç Sloveniya yığmasından Luka Leniçlə üz-üzə gələcək. Bu tur Şəhriyar Məmmədyarov və onun bacısı Türkan Məmmədyarova istirahət edəcək. Avropa çempionatı, IX tur Kişilər Sloveniya – Azərbaycan Luka Leniç – […]