Azərbaycanın kişi və qadın şahmatçılarından ibarət milli komandalarının Gürcüstanın Batumi şəhərindəki Avropa çempionatının son turu üçün heyətləri açıqlanıb.
XəbərAl.az-ın məlumatına görə, qadınların yarışında birinci lövhədə Günay Məmmədzadə Ermənistan təmsilçisi Lilit Mkrtçyanla, kişilərin mübarizəsində isə Arkadi Naydiç Sloveniya yığmasından Luka Leniçlə üz-üzə gələcək. Bu tur Şəhriyar Məmmədyarov və onun bacısı Türkan Məmmədyarova istirahət edəcək.
Avropa çempionatı, IX tur
Kişilər
Sloveniya – Azərbaycan
Luka Leniç – Arkadi Naydiç
Matey Sebenik – Rauf Məmmədov
Yure Skoberne – Qədir Hüseynov
Yan Sudel – Eltac Səfərli
Azərbaycan – Ermənistan
Günay Məmmədzadə – Lilit Mkrtçyan
Xanım Balacayeva – Elina Danielyan
Ülviyyə Fətəliyeva – Mariya Gevorqyan
Gülnar Məmmədova – Anna Sarqsyan
Qeyd edək ki, son tura Bakı vaxtı ilə saat 12:00-da start veriləcək.