Hərbi

Paşinyanın arvadı Ermənistanın əsas “camaşırxanası” rolunda

“The Moscow Post” nəşri Ermənistanda “Məxməri inqilab” nəticəsində hakimiyyətə gələn Nikol Paşinyanın fəaliyyətinin nəticələrini təhlil edib. Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin işgüzar elitasının nümayəndələrinə, keçmiş rəhbərliyə və … Rusiya sərmayələrinə qarşı kampaniya başladıb. Keçən il etdiyi çıxışların birində Paşinyan oliqarxları “düzdə qoyacağına” və bütün qənimətləri onlardan alacağına söz verdi. Və aldı… Rəsmi məlumatlara görə, antikorrupsiya […]

Hərbi

Müdafiə Nazirliyindən Ermənistana məxsus PUA-nın vurulması ilə bağlı RƏSMİ AÇIQLAMA

Sentyabrın 20-si saat 23.13-də Ermənistan silahlı qüvvələrinin bölmələrinə məxsus taktiki pilotsuz uçuş aparatı (PUA) Hava Hücumundan Müdafiə bölmələrimiz tərəfindən məhv edilib. Bu barədə XəbərAl.Az-a Müdafiə Nazirliyindən açıqlama verilib. Bildirilib ki, hazırda məhv edilmiş PUA-nın qalıqlarının aşkar olunması istiqamətində axtarış aparılır.

Hərbi

Ermənistan ordusunun daha bir hərbçisi öldü

Ermənistanın Qeqarqunik rayonunda “Mersedes” markalı avtomobilin Sevan gölünə (Göyçə gölü) düşməsi nəticəsində Ermənistan ordusunun 32 yaşlı qadın hərbi qulluqçusu Nune Avetisyan ölüb. Bu barədə shamshyam.com məlumat yayıb. Qəza Çovaqyux-Şorja-Vardenis yolunun 53-cü kilometrliyində baş verib. Qəzada ölən sürücü- hərbçi Nune Avetisyan Sünik əyalətinin sakini olub. Xatırladaq ki, bu gün Ermənistan ordusunun daha bir hərbçisi Ovik Nelsonoviç […]

Hərbi

Ermənistanın təxribatı nəticəsində Azərbaycan hərbçisi yaralandı – RƏSMİ

Sentyabrın 14-də axşam saatlarında Ermənistan tərəfi Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu Hacallı kəndi istiqamətində növbəti dəfə təxribat törədib. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Düşmən tərəfindən atəşkəs rejiminin kobud şəkildə pozulması nəticəsində gizir Əliyev Renat Eldar oğlu yaralanıb. Hərbi qulluqçuya dərhal tibbi yardım göstərilib, onun həyatı üçün təhlükə yoxdur. Bölmələrimizin cavab atəşi ilə düşmən […]

Hərbi

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhədə vəziyyəti yenidən gərginləşdirməyə cəhd edir – RƏSMİ

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhədə vəziyyəti yenidən gərginləşdirməyə cəhd edir. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, sentyabrın 13-də axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuz rayonunun Əlibəyli kəndini atəşə tutub. Azərbaycan Ordusunun bölmələri tərəfindən dərhal həyata keçirilən cavab tədbirləri nəticəsində düşmən susdurulub, itki yoxdur.

Hərbi

Müdafiə Nazirliyi cəbhədəki son vəziyyət barədə məlumat yaydı – VİDEO

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 32 dəfə pozub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Ermənistan Respublikası Berd rayonunun Ayqepar, Mosesqex və Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Hacallı, Əlibəyli və Ağdam kəndlərində, Çəmbərək rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən […]

Hərbi

Cəbhədə atəşkəs yenidən pozuldu

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 51 dəfə pozub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Ermənistan Respublikası Berd rayonunun Mosesqex və Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Koxanəbi və Əsrik Cırdaxan kəndlərində, Çəmbərək rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy […]

Hərbi

Cəbhədə gərginlik pik həddə — Genişmiqyaslı əməliyyatlar qaçılmaz olur

istiqamətindəki təxribatlarından sonra hər keçən gün gərginlik pik həddə yüksəlir. Son günlərdə isə düşmənin atəşkəs rejimini pozması halları çoxalıb, orta və iri çaplı silahlardan atəş açılır. Bütün bunlar böyük miqyaslı döyüş əməliyyatlarına qədər davam edə bilərmi kimi suallar ətrafında geniş müzakirələr açıb. “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun təxminləri belədir: “Azərbaycanın Qərb bölgəsində atəşkəsin tez-tez […]

Hərbi

 Cəbhədə son durum

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 37 dəfə pozub. Bu barədə XəbərAl.Az-a Müdafiə Nazirliyindən məlumat verilib. Ermənistan Respublikası Berd rayonunun Mosesqex və Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağdam, Əsrik Cırdaxan və Ağbulaq kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub. Tərtər rayonunun işğal altında olan Göyarx, […]