Hərbi

Qarabağa döyüşməyə gələn erməni iş adamı məhv edildi

Könüllü olaraq döyüşmək üçün Ermənistana gələn erməni mənşəli ispaniyalı iş adamı Armen Knyazyan Qarabağda hərbi əməliyyatlar zamanı məhv edilib. Bu barədə quldur separatçı rejimin “rəhbəri” Arayik Arutyunyan “Facebook” səhifəsində paylaşıb. O, həmçinin iş adamının 2016-ci ildə Aprel döyüşlərində də bura gəldiyini etiraf edib.

Hərbi

Havadan endirilən zərbələr nəticəsində düşmən ağır itkilər verib – RƏSMİ

Azərbaycan Hərbi Hava Qüvvələri tərəfindən Ermənistan silahlı qüvvələrinin 41-ci əlahiddə artilleriya alayı bölmələrinə havadan endirilən zərbələr nəticəsində düşmən ağır itkilər verib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, xeyli sayda canlı qüvvə və hərbi texnika itirən düşmən döyüş meydanını qoyaraq qaçmağa məcbur edilib.

Hərbi

MN: Atəşkəs rejimi Ermənistan tərəfindən kobudcasına pozulur

Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilir ki, bu gün saat 12.00-da atəşkəs elan olunması barədə razılıq əldə edilməsinə baxmayaraq Ermənistan ordusu cəbhənin Ağdərə-Tərtər və Füzuli-Cəbrayıl istiqamətlərində hücuma keçməyə cəhd göstərib. Eyni zamanda bir sıra yaşayış məntəqələrimiz Ermənistan silahlı qüvvələri tərəfindən artilleriya atəşinə məruz qalır. Düşmənin bütün hücum cəhdlərinin qarşısı bölmələrimiz tərəfindən uğurla alınıb. Ermənistan ordusuna […]

Hərbi

“Gənc əsgərlər cəbhəyə yox, təlim mərkəzlərinə aparılır” – RƏSMİ

“Gənc əsgərlər cəbhəyə deyil, müvafiq qoşun növlərinin hərbi hissələrinə – təlim mərkəzlərinə göndərilir”. XəbərAl.Az-ın müxbiri xəbər verir ki, bunu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin birinci müavini, general-mayor Zaur Abdullayev bildirib. Onun sözlərinə görə, həmin şəxslərə qarşıdakı üç ay müddətində təlimlər keçiriləcək, hərbi sirlər öyrədiləcək: “Daha sonra xidmətlərini təyin olunduqları yerlərdə davam etdirəcəklər”. […]

Hərbi

Düşmənin daha səkkiz döyüş texnikası məhv edildi – VİDEO

Son saatlarda cəbhənin müxtəlif istiqamətlərində düşmənin bir ədəd “Uraqan” yaylım atəşli reaktiv sistemi, bir ədəd “OSA” zenit-raket kompleksi, üç ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, bir ədəd piyadanın döyüş maşını və iki ədəd D-20 haubitsa-topu məhv edilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.