Hərbi

Zakir Həsənov bölmələrin döyüş qabiliyyətinin yüksəldilməsini tələb etdi

Martın 29-da Mərkəzi Komanda Məntəqəsində Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi altında nazir müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri, eləcə də videobağlantı vasitəsilə azad edilmiş ərazilərdə yerləşən birlik və birləşmə komandirləri, o cümlədən digər məsul zabitlərin də cəlb olunması ilə xidməti müşavirə keçirilib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Azad edilmiş […]

Hərbi

Ermənistanla dövlət sərhədində yeni hərbi hissə fəaliyyətə başladı — FOTO

Mart ayının 19-da Qubadlı rayonu ərazisində Ermənistanla dövlət sərhədində yeni hərbi hissə – sərhəd komendantlığı xidməti döyüş fəaliy­yə­tinə başlayıb. Bu barədə Dövlət Sərhəd Xidmətindən məlumat verilib. Bununla əlaqədar təşkil olunmuş mərasimdə Dövlət Sərhəd Xidməti rəisinin müavini general-leytenant Azad Ələkbərov çıxış edərək yeni hərbi hissə­nin fəaliyyətə başlaması mü­nasibətilə Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyevin təbrikini […]

Hərbi

Hərbi Hava Qüvvələrinin yeni hərbi hissələri istifadəyə verildi – Video

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırıqlarına əsasən Hərbi Hava Qüvvələrinin (HHQ) şəxsi heyətinin döyüş hazırlığının yüksəldilməsi və sosial-məişət şəraitinin təkmilləşdirilməsi istiqamətində fəaliyyətlər davam etdirilir. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Martın 18-də müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyinin digər rəhbər heyəti HHQ-nin yeni inşa edilmiş və əsaslı təmirdən çıxmış iki […]

Hərbi

Zakir Həsənov PUA-lara baxış keçirdi

Martın 18-də müdafiə naziri general-polkovnik Zakir Həsənov əsaslı təmirdən çıxan hərbi hissənin ərazisindəki Uçuşların idarəedilməsi məntəqəsi və pilotsuz uçuş aparatlarının (PUA) yerüstü idarəetmə stansiyasına da baxış keçirib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Müdafiə nazirinə məruzə edilib ki, müasir avadanlıqlarla təchiz edilmiş idarəetmə məntəqəsi və yerüstü stansiya hərbi aviasiya vasitələrinin və PUA-ların uçuşlarının fasiləsiz və keyfiyyətli […]

Hərbi

Təlimlər bu gün başa çatır

Bu gün Azərbaycan Ordusunun 10 min nəfərlik şəxsi heyətlə təlimləri başa çatacaq. XəbərAl.az xəbər verir ki, qoşunların 2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusu əməliyyat-taktiki təlimlər keçirib. Martın 15-də başlayan və Müdafiə nazirinin rəhbərliyi ilə keçirilən təlimə 10 000 nəfərədək şəxsi heyət, 100-dək tank və digər zirehli texnika, 200-dək müxtəlif çaplı raket və […]

Hərbi

Azərbaycan Ordusu əməliyyat-taktiki təlimlərə başladı

Qoşunların 2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusu əməliyyat-taktiki təlimlərə başlayıb. Bu barədə Müdafiə Nazirliyindən bildirilib. Müdafiə nazirinin rəhbərliyi ilə keçirilən təlimə 10 000 nəfərədək şəxsi heyət, 100-dək tank və digər zirehli texnika, 200-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatanlar, 30-dək hərbi aviasiya və müxtəlif təyinatlı pilotsuz uçuş […]

Hərbi

Hindistan hərbi büdcədən “ağıllı” istifadəni Azərbaycandan öyrənə bilər — FOTO

“The Print” nəşri Hindistan və Azərbaycanın hərbi büdcə xərclərinin effektivliyini müqayisə edən məqalə yayımlayıb. “Hindistan hərbi büdcədən “ağıllı” istifadəni Azərbaycandan öyrənə bilər” başlıqlı yazıda qeyd olunur ki, son günlərdə Hindistanda hərbi büdcənin həcmi və ondan daha effektli istifadə olunması məsələsi gündəmə gəlib. Məqalənin müəllifi Sneheş Aleks Filip cari ildə Asiya nəhənginin hərbi büdcəsinin ölkə ÜDM-nin […]

Hərbi

Mərkəzi Ordu İdman Klubunun rəisi işdən çıxarıldı

Mərkəzi Ordu İdman Klubunun (MOİK) rəhbərliyində dəyişiklik edilib. “Report”un əldə etdiyi məlumata görə, MOİK-in rəisi polkovnik Elxan Məcidov tutduğu vəzifədən azad olunub. Müdafiə Nazirliyinin Mətbuat xidmətindən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, həmin vəzifənin icrası müvəqqəti olaraq polkovnik-leytenant Mənsur Nəcəfova həvalə edilib. Xatırladaq ki, Elxan Məcidov MOİK-ə 2019-cu ildən rəhbərlik edirdi. XəbərAl.az

Hərbi

Hərbçilərə şad xəbər: Nəqliyyat xərcləri ödənilə bilər

Azərbaycanda yaşayış yeri xidmət yerindən uzaq olan hərbçilər üçün nəqliyyat xərclərinin müəyyən edilməsi təklif olunur. XəbərAl.az xəbər verir ki, bu barədə Azərbaycan İnsan hüquqları üzrə müvəkkilin (Ombudsman) 2020-ci il üzrə illik məruzəsində məlumat verilib. Sənəddə yaşayış yeri xidmət yerindən uzaq olan zabit, gizir (miçman) və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına nqəliyyat xərclərinin müəyyən edilməsi […]

Hərbi

Azərbaycanda yeni qoşun növü yaradılır — Türkiyəli general açıqladı

“Azərbaycanın Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri var, amma Quru Qoşunları yoxdur. Quru Qoşunları birbaşa Müdafiə Nazirliyinə bağlıdır”. Bunu Türkiyənin general-mayoru Osman Qazi Kandemir deyib. Türkiyəli general bildirib ki, bundan sonra Azərbaycanla Türkiyə arasında ordu quruculuğu istiqamətindəki iş birliyi daha da artacaq: “Artıq Azərbaycan Silahlı Qüvvələrində də bir Quru Qoşunları yaradılacaq. Bu istiqamətdə əməli-praktiki işlər […]