Dünya

Rusiyada bir gecədə səviyyəsi 81 sm qalxan Ural çayında qayıq batdı: İnsanların xilas anı – FOTO/VİDEO

Rusiyanın daşqınların əsarətində olan Orenburq şəhərində Ural çayının səviyyəsi 81 sm artaraq 978-ə yüksəlib (930 sm səviyyəsi təhlükəli sayılır). Ekspertlər vəziyyətin daha da pisləşəcəyini proqnozlaşdırırlar. Gecə saatlarında sel suları Orenburqda 300-dən çox evi basıb. Sakinlər xilasedicilər tərəfindən təhlükəsiz ərazilərə aparılıblar. Su yüksəlməkdə davam edir, yaxın 24 saat ərzində hidroloqlar çayın səviyyəsinin daha 30-70 santimetr artacağını […]

Dünya

Nikol Paşinyan həmvətənlərinə “real Ermənistan”ın xeyrinə “tarixi Ermənistan”dan əl çəkməyi tövsiyə etdi

Ermənistanın baş naziri Nikol Paşinyan “tarixi Ermənistan” fikrinin təhlükəli olduğunu bildirərək, bu ideyalardan “real Ermənistan”ın xeyrinə əl çəkməyə çağırıb. Ermənistan mediasının məlumatına görə, bu barədə o, parlamentdə çıxışı zamanı bəyan edib. Hökumət başçısının sözlərinə görə, “tarixi Ermənistan” ilə “real Ermənistan” arasında delimitasiya prosesi Ermənistan və Azərbaycan arasında gedən prosesdən heç də asan deyil. “Eyni zamanda, […]

Dünya

Doqquz milyona yaxın abunəçisi olan türkiyəli yutuberin kanalı oğurlanıb

Məşhur türkiyəli yutuber Ruhi Çenetin doqquz milyona yaxın abunəçisi olan kanalı oğurlanıb. Kanalın adı “Ripple” ilə dəyişdirilib. Ruhi Çenet, əsasən, səyahət məzmunlu videolarla məşhurluq qazanıb. Məlumat üçün əlavə edək ki, Ruhi Çenet Azərbaycanla bağlı da müxtəlif videoçarxlar hazırlayıb. O, 44 günlük İkinci Qarabağ müharibəsindən sonra işğaldan azad olunan ərazilərimizdə olub, Azərbaycan əsgərləri ilə söhbət edib, […]

Dünya

Məhkəmə Baydenin qızının gündəliyini oğurlayan şəxs barədə hökm çıxarıb

ABŞ-nin Florida ştatının sakini Eymi Harris oğurluğa görə bir ay həbs cəzası alıb. Yerli mətbuat yazır ki, qadın Birləşmiş Ştatlar Prezidenti Co Baydenin qızı Eşli Baydenin gündəliyini və bir neçə əşyasını oğurlayıb. Araşdırma nəticəsində məlum olub ki, o, bu işi tək görməyib və işdə təqsirləndirilən digər şəxs də günahını etiraf edib. Qeyd olunur ki, Eymi […]

Dünya

Paşinyan: “Qarabağdan olan bir qrup şəxs Ermənistanda hakimiyyəti ələ keçirmək istəyib”

“Qarabağdan olan bir qrup şəxs Ermənistanda hakimiyyəti ələ keçirmək istəyib”. Bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan bu gün parlamentdə hökumətin 2023-cü il üçün planının yekunlarına dair hesabatın müzakirəsi zamanı deyib. Baş nazir bildirib ki, sözügedən planla bağlı onda məlumatlar, hətta sübutlar var. Lakin N.Paşinyan konkret hansı sübutların olduğu barədə əlavə məlumat verməyib. Mənbə: Sputnik […]

Dünya

Hindistanda işçiləri daşıyan avtobus qəzaya düşüb: 10-dan çox adam həlak olub – FOTO/VİDEO

Hindistanın mərkəzindəki Çhattisqarh əyalətinin Kumhari rayonunda avtobusun aşaraq şaxtadakı xəndəyə düşməsi nəticəsində şirkətin ən azı 12 işçisi ölüb, 14 nəfər yaralanıb. Bu barədə yerli administrasiyanın nümayəndəsi Riça Prakaş Çoudhari məlumat verib. Onun sözlərinə görə, xəsarət alanların vəziyyəti stabildir. Qəzanın səbəbi hələlik müəyyən edilməyib. Yerli administrasiya hadisə ilə bağlı araşdırmalara başlayıb. Mənbə: Ptinews.com Xeberal.az

Dünya

İsrail XİN başçısı Xameneinin adını işarələyib xəbərdarlıq etdi – FOTO

İsrail xarici işlər naziri İsrael Katz İranın onun ölkəsinə hücum edəcəyi təqdirdə buna cavab veriləcəyini bildirib. O, bu barədə özünün “X” hesabında yazıb. “İran öz ərazisindən hücum edərsə, İsrail buna reaksiya verəcək və İrana hücum edəcək”, – paylaşımda bildirilib. Paylaşımda digər bir maraqlı məqam isə İsrail XİN başçısının öz paylaşımına İranın ali dini rəhbəri Seyid […]

Dünya

HƏMAS atəşkəs razılaşması çərçivəsində 40 girovu azad etməkdən imtina edib

Fələstinin HƏMAS hərəkatı Qəzza zolağında İsraillə təklif olunan atəşkəs razılaşması çərçivəsində 40 girovu azad etməkdən imtina edib. Mənbə yazır ki, danışıqları aparanlar münaqişə tərəflərinə Qəzza zolağında üç mərhələdə həyata keçirilməli olan atəşkəslə bağlı yeni təklif təqdim ediblər. Birinci mərhələdə HƏMAS-ın Qəzza zolağında saxlanılan 40 israilli girovu azad etməsi, bunun müqabilində İsrail tərəfinin 100-ü ömürlük həbsə […]

Dünya

İsrail ilk dəfə “Dəmir Günbəz”in dənizdəki analoqundan istifadə edib

İsrail ilk dəfə “Dəmir Günbəz”in dənizdəki analoqundan istifadə edib. Bu barədə “The Times of Israel” öz mənbələrinə istinadla məlumat yayıb. Hərbçilər bildiriblər ki, “günbəz”in gəmi versiyası Eylat şəhəri yaxınlığında İsrail hava məkanına daxil olan pilotsuz təyyarəni ələ keçirib. Qəzet əlavə edib ki, “C-Dome” kimi tanınan bu hava hücumundan müdafiə sisteminin təkmilləşdirilmiş modeli ABŞ Hərbi Dəniz […]