Dünya

Ermənistanda əsgər özünü güllələyib

Ermənistanda əsgər özünü güllələyib. Məlumata görə, Qeqarkunik rayonunda (Göyçə mahalının Çəmbərək rayonu – red) Daxili İşlər Nazirliyinin yerli polis şöbəsinə tibb mərkəzindən güllə yarası almış vətəndaşın gətirildiyi barədə məlumat daxil olub. Polis müəyyən edib ki, Araqatsotn rayon (Şorəyel mahalı – red) sakini, 19 yaşlı Tiqran Ç. odlu silahı doldurarkən ehtiyatsızlıqdan ayağına atəş açması nəticəsində sol […]

Dünya

Hakan Fidan Blinkenlə Qəzzada humanitar böhranı müzakirə edib

Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ dövlət katibi Antoni Blinkenlə Qəzza zolağındakı vəziyyəti müzakirə edib. Bu barədə Ankaradakı diplomatik mənbə bildirib. O, söhbətin Amerika tərəfinin təşəbbüsü ilə baş tutmasına aydınlıq gətirib. Məlumata görə, telefon danışığı zamanı Qəzzadakı humanitar böhran və regional təhlükəsizliklə bağlı məsələlər müzakirə edilib. Söhbətin digər təfərrüatı və təmasların səbəbləri barədə məlumat […]

Dünya

KİV: İran nüvə silahının yaradılmasına çox yaxındır

İran 2018-ci ildən bugünədək nüvə silahının yaradılmasına daha çox yaxındır. Bu barədə “Washington Post”da (WP) dərc olunan məqalədə deyilir. Məqalədə istinad olunan sənədlərə əsasən, hazırda Tehranda azı üç atom bombası üçün zənginləşdirilmiş uranın kifayət qədər ehtiyatı var. İddiaya görə, ölkədə zənginləşdirilmiş uran istehsalı rekord sürətlə həyata keçirilir və nüvə yanacağının ümumi ehtiyatları artmaqda davam edir. […]

Dünya

Politoloq Rusiya ilə Ermənistan arasında münasibətlərin bərpa olunma ehtimalını dəyərləndirib

“Moskva ilə İrəvan arasında münasibətlər bundan sonra əvvəlki kimi olmayacaq”. Rusiya Beynəlxalq Əlaqələr Şurasının politoloqu və eksperti Aleksey Naumov NEWS.ru-ya müsahibəsində belə güman edib. Onun sözlərinə görə, bu, hətta yaxşıdır, çünki Ermənistanın Rusiyanın siyasi həyatındakı mühüm rolu Rusiya Federasiyasına yalnız ziyan vurub. “Ermənistanı itirən Rusiya yox, Rusiyanı itirən Ermənistan oldu. Əminəm ki, İrəvan bundan yaxşı […]

Dünya

Gürcüstanın hakim partiyasını dəstəkləyənlərin nisbəti bəlli oldu

Hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyası parlament seçkisinə altı ay qalmış əhalinin 60%-dən çoxunun dəstəyini qazanıb. Bunu Gürcüstanın “İmedi” telekanalının sifarişi ilə “Qorbi” tədqiqat mərkəzinin keçirdiyi sorğunun məlumatları sübut edir. Martın 11-dən 18-dək 1700-dən çox respondent arasında keçirilən sorğunun nəticələrinə görə, vətəndaşların 60,4 faizi “Gürcü arzusu”na səs verməyə hazırdır. Respondentlərin 12,6%-i isə eks-prezident Mixail […]

Dünya

Yaponiya valyutasından 34 illik antirekord

Yaponiya milli valyutasının məzənnəsi 1990-cı ilin iyunundan bəri rekord həddə – bir dollar üçün 152 yen səviyyəsinə düşüb. Bunu Nyu-Yorkdakı valyuta ticarətinin məlumatları sübut edir. Yaponiya Maliyyə Nazirliyi daha əvvəl yenin zəifləməsinin davam etməsi ilə əlaqədar “qətiyyətli tədbirlər” görməyə hazır olduğunu açıqlamışdı. Bütün bunların fonunda bazar oyunçuları Yaponiya Maliyyə Nazirliyinin valyuta müdaxilələrinə əl atıb-aymayacağını gözləyirlər. […]

Dünya

Fransa limanında dəhşətli partlayış – VİDEO

Fransanın Set ticarət limanında dəhşətli partlayış baş verib. Məlumata görə, “Saipol” zavodunda etanol çəni alışıb. Böyük yanğın binanın bütün perimetrini əhatə edib. Bir nəfər yaralanıb. Kadrlarda şəhərin üzərində nəhəng boz tüstü kütləsinin asıldığı görünür. Təcili yardım xidmətləri hadisə yerindədirlər. Qeyd edək ki, müəssisə potensial təhlükəli xammala görə dövlət nəzarəti altındadır. Mənbə: RenTV Xeberal.az

Dünya

Meksika prezidenti siyasi sığınacaqla təmin etdiyi ölkəni beynəlxalq məhkəməyə verir

“Meksika Ekvadordakı səfirliyinə hücuma görə aprelin 11-də Haaqa Beynəlxalq Məhkəməsində bu ölkəyə qarşı iddia qaldıracaq”. Bu barədə Meksika lideri Andres Manuel Lopez Obrador gündəlik mətbuat konfransında bildirib. “Biz Ekvadordakı səfirliyimizə hücumla bağlı, avtoritar hərəkətlərlə bağlı iddia qaldırma prosedurunu sabaha təxirə salmaq qərarına gəldik. Biz hələ də müəyyən məqamları düzəldəcəyik”, – Meksika prezidenti bildirib. Aprelin 5-də […]

Dünya

ABŞ-dən Ermənistana göndərilən bağlamada dəyəri yarım milyon dollardan çox olan kokain tapıldı – VİDEO

ABŞ-dən Ermənistana göndərilən bağlamada dəyəri 500 min dollardan (təxminən 850 min manat) çox olan kokain aşkar edilib. Bu barədə Ermənistanın Dövlət Gəlirləri Komitəsi məlumat yayıb və görüntülər paylaşıb. “Qiymətli” yük paltar və ayaqqabı arasında gizlədilib. Həmçinin, şübhəlilərin evlərində aparılan axtarışlar zamanı kokain tapılıb. Hadisə ilə bağlı iki vətəndaş həbs edilib”, – deyə qurumdan bildirilib.   […]