Dünya

Kanada Ukraynaya 450 “SkyRanger” PUA-sı təhvil verəcək

Kanada yayda 450 “SkyRanger” çoxməqsədli pilotsuz uçuş aparatını (PUA) Kiyevə təhvil verməyə başlayacaq. Bu barədə ölkənin Müdafiə Nazirliyi “Telegram” kanalında məlumat yayıb. “Pilotsuz uçuş aparatları koalisiyasının rəhbər qrupunun iclasının ilkin nəticələrinə görə, Litva Ukrayna üçün FPV pilotsuz təyyarələri üçün üç milyon avro ayıracaq, Kanada isə 450 PUA təhvil verəcək”, – deyə məlumatda bildirilir. Mənbə: pravda.com.ua Xeberal.az

Dünya

Qırğızıstan prezidentinin Azərbaycana səfər proqramı açıqlanıb

Qırğızıstan Prezidenti Sadır Japarovun aprelin 24-25-i tarixlərində Azərbaycana səfəri planlaşdırılır. Bunu Qırğızıstanın Azərbaycandakı səfiri Kayrat Osmonaliyev bildirib. Onun sözlərinə görə, səfər zamanı 10-dan artıq sənədin imzalanması nəzərdə tutulur. Həmçinin, artıq əldə edilmiş razılaşmaların həyata keçirilməsi, ilk növbədə İssık-Kul sahillərində nəzərdə tutulan beşulduzlu hotelin tikintisi müzakirə ediləcək. Səfir xatırladıb ki, S.Japarov ötən ilin noyabrında Bakıda keçirilən […]

Dünya

Tbilisidə parlament qarşısında etirazlar – VİDEO

Tbilisidə xarici agentlər haqqında qanun layihəsinə qarşı etiraz aksiyası keçirilir. Etirazçıların istəklərinə baxmayaraq, parlamentin yaxınlığında səfərbər olan polis əməkdaşları onları əraziyə buraxmırlar. Cavab olaraq nümayişçilər polisi fitə basırlar. Hələlik polislə toqquşma qeydə alınmayıb. Mənbə: TASS Xeberal.az

Dünya

Finlandiyadan Rusiya ilə bağlı sərhəd qərarı

Aprelin 15-dən etibarən Finlandiya Rusiya ilə quru sərhədləri ilə yanaşı, dəniz keçid məntəqələrini bağlayıb. Rusiya Federal Gömrük Xidmətinin məlumatına görə, Nuyyamaa vasitəsilə Saymaa kanalı boyunca gəmilərin hərəkəti dayandırılıb. Həmçinin, Haapasaari və Santio su keçid məntəqələri də qeyri-müəyyən müddətə bağlanıb. Mənbə: ntv.ru Xeberal.az

Dünya

Türkiyədə sərnişin şüşə butulkanı qıraraq avtobus bələdçisini girov götürüb

Şanlıurfadan Samsuna gedən sərnişin avtobusuna Kayseridən minən Sercan Cümbüş əlindəki şüşə butulkanı qıraraq sərnişinləri girov götürməyə çalışıb. Bu vaxt avtobusun ön qapısını açan sürücünün xəbərdarlığı ilə sərnişinlər nəqliyyat vasitəsini tərk ediblər. Həmin şəxs yol bələdçisini girov götürüb. Hadisə yerinə polis qrupları gəlib. Polisin keçirdiyi əməliyyat zamanı saxlanılan Cümbüş dindirildikdən sonra prokurorluğa göndərilib. İfadəsində psixoloji problemləri […]

Dünya

BRİKS-ə qoşulmaq üçün 40-dan çox dövlət müraciət edib

Hazırda 40-dan çox dövlət BRİKS-ə qoşulmaq üçün müraciət edib. Bunu Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Qriqori Karasin deyib. Senatorun sözlərinə görə, hər ay BRİKS-ə qoşulmaq arzusunu bəyan edən dövlətlərin sayı artır. Lakin təşkilat üçün ciddi nizamnamə yaratmağa tələsməyə ehtiyac yoxdur. Karasin BRİKS ölkələri arasında ödənişlərdə de-dollarizasiyanı “qaynar məsələ” adlandırıb və bu mövzunun Sankt-Peterburqda BRİKS […]

Dünya

Fransanın keçmiş baş naziri: “Paris İrana nüvə zərbəsi endirə bilər”

Fransanın keçmiş baş naziri Manuel Vals İrana nüvə zərbəsi endirilməsinin mümkünlüyünü istisna etməyib. O, LCI TV-yə müsahibəsində deyib ki, bütün diplomatik vasitələr tükəndiyi halda, Tehranın öz nüvə silahına malik olmasını gözləmədən Paris belə bir addım atmalıdır. Onun sözlərinə görə, diplomatik kanallar fəaliyyətini dayandırarsa, Fransanın zərbə vura biləcəyi ideyası nəzərdən keçirilməlidir. Sabiq baş nazir vurğulayıb ki, […]

Dünya

İtaliya Tehrandakı konsulluğunu bağladı

İtaliyanın Tehrandakı Konsulluğu aprelin 14-dən növbəti xəbərdarlığa qədər ictimaiyyət üçün bağlı olacağını açıqlayıb. Diplomatik nümayəndəlikdən bildirilib ki, italiyalılara konsulluq xidmətlərinin göstərilməsi hələ də davam edir. İtaliya Xarici İşlər Nazirliyi konsulluğun bağlanmasının səbəblərini hələlik açıqlamayıb. Mənbə: TASS Xeberal.az

Dünya

Türkiyədə düşmən sandığı adama atəş açan şəxs ələ keçdi

İstanbulun Beyoğlu rayonunda düşməninə oxşadığı adamın ayağına tapança ilə atəş açıb. Məlumata görə, hadisə ötən ay Beyoğlunun Yəhya Kahya Məhəlləsində baş verib. Cinayəti törədən şəxs hücum anında müşahidə kamerasına düşüb. Həmin şəxs bayram günü anasının əlindən öpərkən Beyoğlu polisi tərəfindən həbs edilib. Mənbə: cnnturk Xeberal.az

Dünya

KİV: İran İsrailin iki hava bazasını vurub

Ən azı İranın 9 raketi İsrailin hava hücumundan müdafiə sistemlərini “yararaq” bu ölkənin iki hava bazasına – Nevatim və Negev hava bazalarına düşüb. Məlumata görə, Nevatim hərbi hava bazasına beş ballistik raket düşüb. Nəticədə istifadə olunmayan uçuş-enmə zolağı və boş anbar anbarlar ilə birlikdə C-130 nəqliyyat təyyarəsi zədələnib. Daha dörd ballistik raket isə Negev aviabazasını vurub, lakin […]