Dünya

Britaniyalı biznesmen bukmeyker kontorunda Trampın qələbəsinə 5 milyon dollar yatırdı

Böyük britaniyalı biznesmen ABŞ-da keçirilən prezident seçkilərində Donald Trampın qələbəsinə beş milyon dollar yatırıb. Bu barədə “The Sun” məlumat yayıb. Sözügedən şəxs Karib hövzəsində fəaliyyət göstərən bukmeyker kontorlarından birində 2.85 əmsala mərc edib. D.Tramp seçkidə qələbə qazanacağı halda o, 14.2 milyon dollar qazanacaq.

Dünya

Bayden yeni lider kimi xalqa müraciətə hazırlaşır

Qələbəsini elan edəcəyi halda prezidentliyə namizəd Co Bayden Donald Trampla mübarizəni məhkəmədə davam etdirsə belə, yeni lider kimi xalqa müraciət edəcək. Bu barədə “Axios” nəşri yazıb. Portal qeyd edib ki, C.Bayden qalib elan olunacağı halda artıq öz hökumətini formalaşdırmağa başlayacaq. Xatırladaq ki, noyabrın 3-də ABŞ-da prezident seçkiləri keçirilir.

Dünya

Antalyada turistlərin olduğu gəzinti qayığı batıb: Ölən var – FOTO/VİDEO

Türkiyənin Antalya şəhərində içərisində turistlər olan gəzinti qayığı batıb. Bu barədə “Baza” “Telegram” kanalı Rusiya Baş konsulluğuna istinadla xəbər verib. Göyərtədə 38 nəfər olub. Onların azı 12-si Rusiya vətəndaşı olub. Qayıqda olanlardan 37 nəfəri xilas edilib, bir Rusiya vətəndaşı isə ölüb.  

Dünya

“Ölümcül mərhələyə qədəm qoyuruq” – Ağ Evdən XƏBƏRDARLIQ

ABŞ-da Ağ Evin koordinatoru Debora Birks pandemiyanın yeni təhlükəli mərhələsi barədə xəbərdarlıq edib. “The Washington Post” xəbər verir ki, Ağ Ev koronavirus hallarının artmasının test sayının çoxalması ilə əlaqəli olduğunu qəbul etmir və bu həftə gündə 100 mindən çox infeksiya hadisəsinin qeydə alınacağına inanır: “Biz pandemiyanın ölüm səviyyəsinin artmasına səbəb olacaq ən ciddi və ölümcül […]

Dünya

İzmir zəlzələsində həlak olanların sayı 109-ə çatdı – VİDEO

Türkiyənin İzmir şəhərində zəlzələ nəticəsində həyatını itirənlərin sayı 109-a çatıb. Bu barədə “Haber Global” məlumat yayır. Zəlzələ nəticəsində yaralanan 1036 nəfərin 138-nin müxtəlif xəstəxanalarda müalicəsi davam edir. 14:15 Türkiyənin İzmir şəhərində 6,6 bal gücündə baş verən zəlzələ nəticəsində ölənlərin sayı 105-ə çatıb. “Haber Global” məlumat verir ki, 1027 yaralının 833-ü evə buraxılıb, 144-ü xəstəxanalarda müalicə […]

Dünya

Avstriyada üç günlük matəm elan edildi

Avstriyada üç günlük milli matəm elan edilib. Bütün Avstriya ərazisində kilsə zəngləri çalınacaq. “Wiener Zeitung” xəbər verir ki, bunun səbəbi dünən axşam Vyananın mərkəzində terrorçu tərəfindən insanların kütləvi güllələnməsidir. Federal xidmət və şöbələrin binalarında bayraqlar yarıya qədər endirilib. Terror aktı ilə əlaqədar bu gün yerli vaxtla saat 12:00-da Avstriyada bir dəqiqəlik sükut olacaq.

Dünya

Parisdə maçeta ilə silahlanmış şəxsin yoldan keçənlərə hücumunun qarşısı alındı – VİDEO

Parisdə “Per-Laşez” metrosu yaxınlığında maçeta ilə silahlanmış şəxs saxlanılıb. Bu barədə “RİA Novosti” xəbər yayıb. Bildirilir ki, polis hadisə ilə əlaqədar bir neçə küçəni bağlayıb. İlkin məlumatlara görə, soyuq silahlı kişi yoldan keçənlərə hücum etmək istəyib, sonra isə binaların birində gizlənib. Hüquq mühafizə orqanlarının əməkdaşları artıq onu saxlayıblar. Zərərçəkənin olmadığı vurğulanıb.

Dünya

Yunanıstanda anarxistlər universitet rektorunu döyüb, boynundan lövhə asdılar – FOTO

Yunanıstanda anarxistlər Afina Universitetinin rektoratını ələ keçirərək, rektor Dimitris Burantonisi döyüblər. Bu barədə “RİA Novosti” xəbər yayıb. Bildirilir ki, bundan sonra qanun pozucuları rektorun boynundan üzərində “həmrəyliklə zəbt” sözü yazılan lövhə asıblar. Onlar bu addımlarını skvatterlərin müdafiəsi aksiyası adlandırıblar. Bundan sonra anarxistlər rektoratı dağıdıblar, həmçinin divarlarda öz simvollarını çəkiblər. Yunanıstan Mülki Müdafiə naziri Mixalis Xrisoxoidis cinayətkarların başı […]

Dünya

Vyanada terror aktı törədən dörd silahlı tutuldu – VİDEO

Avstriya polisi Vyanada terror aktı törədən silahlılardan dördünü saxlayıb. Bununla bağlı Avstriya telekanalları məlumat yayıb. Bildirilir ki, terrorçular polisin Vyananın mərkəzindəki Qraben küçəsində keçirdiyi əməliyyat zamanı ələ keçib. Daha üç silahlının axtarışı isə davam etdirilir. Qeyd edək ki, altı məkana eyni anda edilən silahlı hücum zamanı bir nəfər ölüb, 15 nəfər xəsarət alıb. Terrorçulardan biri […]

Dünya

“Twitter” Tramp və Baydenə qadağa qoydu

“Twitter” sosial şəbəkəsi bütün istifadəçilərinə, o cümlədən ABŞ prezidentliyinə namizədlərə rəsmi nəticələr açıqlanmadan seçkilərdə qələbə ilə bağlı paylaşım etməyi qadağan edib. Bu barədə “RİA Novosti” məlumat yayıb. Şirkətdən bildirilib ki, rəsmi nəticə kimi ştatın seçki komissiyasının bəyanatı və ən azından iki etibarlı milli mətbuat orqanının proqnozları hesab oluna bilər.