Bölgə manset

Göyçayda güclü külək bir sıra fəsadlar törədib – ƏLAVƏ OLUNUB – VİDEO

Dünən günorta saatlarından başlayaraq əsən güclü külək Göyçay rayonunda bir sıra fəsadlar törədib. XəbərAl.az xəbər verir ki, güclü küləyin təsiri nəticəsində Göyçay şəhərinə və bir neçə kəndə elektrik enerjisinin verilişi bir neçə saat dayanıb. Külək ağaclara, elektrik və rabitə naqillərinə zərər vurub. İlkin məlumata görə, külək gecə saatlarında Göyçay rayonunun ərazisində beşmərtəbəli yaşayış binasının dam […]

Bölgə manset

Ermənistan silahlı bölmələri atəşkəsi 20 dəfə pozub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 20 dəfə pozub. Bu barədə XəbərAl.az-a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. Ermənistan Respublikası Noyemberyan rayonunun Şavarşavan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Quşçu Ayrım kəndində yerləşən mövqelərimiz atəşə tutulub. Tərtər rayonunun işğal altında olan Göyarx, Ağdam rayonunun Sarıcalı, Yusifcanlı, Mərzili, Füzuli […]

Bölgə manset

MN: Düşmən atəşkəs rejimini 20 dəfə pozub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 20 dəfə pozub. Bu barədə XəbərAl.az-a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Tağıbəyli, Mərzili, Füzuli rayonunun Aşağı Veysəlli, Qaraxanbəyli, Qorqan kəndləri yaxınlığında, həmçinin Tərtər rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.

Bölgə manset

Ordunun yolu azan əsgəri ermənilər tərəfindən vurulub – Müdafiə Nazirliyi

Sentyabrın 22-də cəbhəboyu zonada yerləşən hərbi hissədə əsgər Abdulrəhmanov Ramin Şövkət oğlu yolu azaraq düşmənlə üzbəüz mövqelər arasındakı ərazidə ermənilər tərəfindən vurulub. Bu barədə XəbərAl.az-a Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. Əsgərin nəşinin ərazidən təhlükəsiz təxliyəsini təmin etmək məqsədilə Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinə müraciət olunub. Ermənistanın KİV-də guya Azərbaycan tərəfinin cəbhə xəttində […]

Bölgə manset

Ermənistan ordumuzun mövqelərini atəşə tutdu

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub Bu barədə XəbərAl.az-a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. Ermənistan Respublikası Noyemberyan rayonunun Voskevan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Aşağı Əskipara kəndində, Berd rayonunun Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi, Ağbulaq kəndlərində, Krasnoselsk rayonu ərazisindəki […]

Bölgə manset

İrandan Azərbaycana narkotik vasitələr gətirən sərhəd pozucuları saxlanılıb

Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən dövlət sərhədinin etibarlı müha­fizəsi və narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə sahəsində əməliyyat-axtarış və qoşun tədbirləri davam etdirilir. DSX-nin Mətbuat Mərkəzindən XəbərAl.az-a verilən məlumata görə, cari ilin avqust ayında Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində və “Astara” dövlət sərhədindən buraxılış məntəqəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına gətirilməsi planlaşdırılan 1 […]

Bölgə Manşetüstü

Cəbhədə son durum: Ağdam atəşə tutuldu

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 19 dəfə pozub. Bu barədə XəbərAl.az-a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. Ermənistan Respublikası Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub. Ağdam rayonunun işğal altında olan Cəvahirli, Yusifcanlı, […]

Bölgə Manşetüstü

Şəkidə əməliyyat: Yarım tondan çox narkotik tutuldu

Xaş-xaş 2019 əməliyyat-axtarış və profilaktiki tədbirlər planına uyğun olaraq Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yabanı halda bitmiş narkotik tərkibli bitkilərin aşkar olunaraq məhv edilməsi istiqamətində növbəti əməliyyat tədbiri keçirilib. Daxili İşlər Nazirliyindən XəbərAl.az-a verilən məlumata görə, rayonun Öryət kəndi ərazisindəki meşə sahəsində yabanı halda yetişmiş 2,3-4,5 metr hündürlüyündə ümumi çəkisi 593 kiloqram olan […]

Bölgə Manşetüstü

Şəkidə yeniyetmə atraksiondan yıxıldı, cinayət işi başlandı

Şəkidə yeniyetmə qızın atraksiondan yıxılması faktı ilə bağlı cinayət işi başlanıb. Bu barədə APA-ya Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov məlumat verib. O bildirib ki, 2003-cü il təvəllüdlü Xəyalə Durmuşovanın Şəki rayonundakı M. F. Axundov adına istirahət parkında yıxılaraq bədən xəsarətləri alması faktı ilə bağlı Şəki rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.1-ci (səhlənkarlıq) maddəsi […]

Bölgə manset

Bazar günü rayonlarda 3 nəfər bu səbəbdən öldü

Daxili İşlər Nazirliyi bazar günü ölkə yollarında baş verən avtomobil qəzaları ilə bağlı məlumat yayıb. XəbərAl.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, sentyabrın 15-də saat 17 radələrində Masallı rayonunun Köhnə Alvadı kəndi ərazisində kənd sakini M.Əliyevin idarə etdiyi “Volvo” markalı yük avtomobili və Cəlilabad rayon sakini V.Zeynalovun idarə etdiyi “VAZ-2106” markalı avtomobillər toqquşub. Nəticədə […]