Bölgə

Masallıda ağır yol qəzasında 8 nəfər ölüb

Masallıda “KAMAZ” markalı avtomobilin “Mercedes Vito” markalı mikroavtobusla toqquşması nəticəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-nın məlumatına görə, qəza yeni Ələt-Astara magistral yolunun Hüseynhacılı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, toydan qayıdan Lerik sakinlərinin içində olduğu 2 mikroavtobusdan biri eyni istiqamətdə hərəkətdə olan Salyan rayon sakini, 1988-ci il təvəllüdlü Elvin Zeynalovun idarə etdiyi […]

Bölgə

Şəki sakini laqunda ilə özünə xəsarət yetirib

Şəkidə 59 yaşlı kişi ehtiyatsızlıqdan laqunda ilə özünə xəsarət yetirib. APA-nın məlumatına görə, iyulun 5-də axşam saatlarında rayonun Qoxmuq kənd sakini, 1960-cı il təvəllüdlü Fərhad Mahmud oğlu Səlimov döş qəfəsinin kəsilmiş-cırılmış yarası ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına daxil olub. Bildirilir ki, F.Səlimov axşam saatlarında yaşadığı evin həyətyanı sahəsində laqunda ilə ağac budayan zaman ehtiyatsızlıqdan döş […]

Bölgə

Gəncədə sərxoş şəxs öz evinə od vurub

Gəncə şəhərində yanğın baş verib. APA-nın məlumatına görə, hadisə İsmət Qayıbov küçəsi, 3-cü dalan, 5-ci evdə qeydə alınıb. Mənzilin sahibi tərəfindən yandırıldığı bildirilir. Belə ki, sərxoş vəziyyətdə olan Hüseynov Şahin Mircəfər oğlu öz evinə od vurub. Nəticədə üçotaqlı mənzil bütün əşyaları ilə birlikdə yanıb. Əraziyə Kəpəz və Nizami rayonundan 4 yanğınsöndürən maşın və canlı qüvvə […]

Bölgə

Goranboyda sürücü körpüdən yıxılıb, vəziyyəti ağırdır

Goranboyda badbəxt hadisə olub. APA-nın məlumatına görə, hadisə rayonun Borsunlu kəndində qeydə alınıb. Belə ki, Göyçay rayon sakini, 48 yaşlı Aslan Gülməmmədlinin idarə etdiyi avtomobilin yanacağı yolda qurtarıb. O, benzin almağa gedən zaman ehtiyatsızlıq nəticəsində körpüdən yıxılıb. 48 yaşlı kişi dərhal xəstəxanaya aparılıb. Onun vəziyyəti ağır olduğundan Reanimsaiya şöbəsinə yerləşdirilib.

Bölgə

Oğuzda 3 tondan artıq narkotik bitki məhv edilib

“Xaş–xaş 2019” əməliyyat-axtarış və profilaktiki tədbirlər planına uyğun olaraq Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yabanı halda bitmiş narkotik tərkibli bitkilərin aşkar olunaraq məhv edilməsi istiqamətində əməliyyat tədbiri keçirilib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-ya verilən məlumata görə, rayonun Bayan kəndi ərazisində əkin sahələrinin kənarında yabanı halda bitmiş 3 ton 144 kq […]

Bölgə

Neftçalada avtomobilin vurduğu piyada xəstəxanada ölüb

Neftçalada avtomobilin vurduğu piyada xəstəxanada ölüb. APA-nın məlumatına görə, iyunun 23-də gecə saatlarında Neftçala sakini, 1953-cü il təvəllüdlü Nəbiyev Qulu Rəşid oğlu yolu keçərkən onu avtomobil vurub. Ağır kəllə-beyin travması alan piyada Neftçala rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, ötən gecə Q.Nəbiyev dünyasının dəyişib.

Bölgə

Masallıda “turist” oğru tutuldu

Masallıda oğurluq edən Yevlax sakini saxlanıldı. Yaşayış evindən pul və qızıl-zinət əşyaları oğurlayan şəxsi Masallı Rayon Polis Şöbəsinin əməkdaşları ələ keçiriblər. DİN Mətbuat Xidmətinin Lənkəran Regional Qrupundan Unikal.org-a verilən məlumata görə, Masallı rayonunun Bədəlan kənd sakini C. Şahbazov Rayon Polis Şöbəsinə müraciət edərək ona məxsus yaşayış evindən 7000 manat dəyərində qızıl zinət əşyaları və 100 […]