AKTUAL

Azərbaycan Ermənistanın 6 hərbçisini əsir götürdü

Mayın 27-də saat 03.00 radələrində Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu Yuxarı Ayrım yaşayış məntəqəsi istiqamətində ərazimizə keçməyə cəhd göstərib. Müdafiə Nazirliyindən verilən məlumata görə,düşmən Azərbaycan Ordusunun sərhəddə yerləşən mövqelərinə aparan təminat yolunda minalama fəaliyyəti həyata keçirərkən dərhal görülən əməliyyat tədbirləri nəticəsində qarşı tərəfin 6 hərbi qulluqçusu mühasirəyə alınaraq zərərsizləşdirilib və […]

AKTUAL

Azərbaycan – Ermənistan sərhədindəki gərginliklə bağlı Rusiya XİN-dən AÇIQLAMA

“Rusiya tərəfi Ermənistan – Azərbaycan sərhədindəki hadisənin həlli, gərginliyin səngiməsi prosesində yaxından iştirak edir. Biz Bakı və Yerevanla daim təmasdayıq”. “Report”un Rusiya bürosu xəbər verir ki, bunu Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova həftəlik brifinqdə bildirib. “Bu cür hallar yalnız dinc danışıqlar yolu ilə həll olunmalıdır. Uzunmüddətli çözüm vasitəsi olaraq sərhədin delimitasiyası prosesinə […]

AKTUAL

Azərbaycanda COVID pasportunun əldə edilmə qaydası açıqlandı

Azərbaycanda COVID pasportunun necə əldə olunacağı açıqlanıb. Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində bildirib ki, artıq ölkədə təxminən 10 faizə yaxın əhali vaksinasiyadan keçib: “Birinci sertifikat peyvəndləmə sertifikatıdır. İki doza vaksin vurduranlara e-gov.az portalında xüsusi vaksinasiya […]

AKTUAL

Milli Məclisdə Şuşa ilə bağlı qanun layihəsi müzakirə edilir

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb. XəbərAl.az xəbər verir ki, qanun layihəsini parlamentin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva təqdim edir. Yeni qanun layihəsi 15 maddədən ibarətdir. Sənədə əsasən, Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinin inzibati sərhədləri daxilində Şuşa Şəhəri Dövlət Qoruğu yaradılır. Parlamentin […]

AKTUAL

Turan Partiyasında Arzu Göytürkün kitabının təqdimatı olub-Fotolar

Turan Partiyasının mərkəzi ofisində, Partiyanın Asenalar Kurulu Yardımçısı Arzu Göytürkün “Ərəbləşən millətim” adlı kitabının təqdimatı keçirilib.XəbərAl.az xəbər verir ki, təqdimatda partiya üyələri və qonaqlar iştirak edib.Təqdimat zamanı Arzu xanıma Genel Başkan sayın Cahandar Bayoglu, Genel Başkan Başdanışmanı Mirismayıl Xələfli, Asenalar Kurulu Başkanı Aytən Əliyeva, Nizam Düzən Kurulu üzvü Gülya Agayeva,Asenalar Kurulu Bakı şəhər Başkanı Gülnar […]

AKTUAL

Milli Məclisin şöbə müdirinin müavini vəzifəsindən azad edilib

Milli Məclisin Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin müdir müavini Səyyad Kərimov vəzifəsindən azad edilib.  XəbərAl.az xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb.  Belə ki, S.Kərimov Ali Məhkəmənin hakimi təyin edilməsi səbəbindən vəzifəsindən azad olunub.  Onun yerinə hələ təyinat olmayıb. XəbərAl.az

AKTUAL

Türkiyə Milli Müdafiə Nazirliyi FHN-ə minaaxtaran itlər hədiyyə etdi — VİDEO+FOTO

Türkiyə Milli Müdafiə Nazirliyi tərəfindən Azərbaycan Fövqəladə Hallar Nazirliyinə (FHN) 10 xüsusi təlim keçmiş minaaxtaran it təmənnasız olaraq hədiyyə edilib. FHN-dən verilən məlumata görə, itlərin ölkəmizə gətirilməsi, həmçinin müvafiq sahədə bilik və bacarıqlarının artırılması məqsədilə Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin Kinoloji Taborunun 10 nəfərdən ibarət təlimatçı kinoloq qrupu hazırda qardaş ölkədə təlim kurslarında iştirak edir. […]

AKTUAL

Baş Prokurorluqdan Rüstəmxanlıya Niyaz Niftiyevlə bağlı CAVAB – “Əsassızdır, təkzib edirik…”

Baş Prokurorluq deputat Sabir Rüstəmxanlının həbsdə olan jurnalist Niyaz Niftiyevlə bağlı fikirlərinə münasibət bildirib.  Qurumun Mətbuat xidmətindən daxil olan məlumatda qeyd edilir ki, bəzi kütləvi informasiya vasitələrində Binəqədi qəsəbəsi Bələdiyyəsinin sabiq sədri Niyaz Niftiyevin barəsində əsassız olaraq həbs qətimkan tədbirinin seçilməsi və cinayət işi üzrə süründürməçiliyə yol verilməsi barədə həqiqəti əks etdirməyən informasiyalar yayılıb.   […]

AKTUAL

Ermənilərin Başlıbeldə törətdikləri qətliam barədə məktub BMT-nin sənədi kimi yayıldı

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun BMT-nin baş katibi Antonio Quterreşə ünvanlandığı, 1993-cü ilin aprel ayında Ermənistanın təcavüzkar siyasəti nəticəsində Kəlbəcərin Başlıbel kəndində Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki əhalisinin məqsədyönlü şəkildə qətlə yetirməsi ilə bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən hazırda aparılan cinayət işinin ilkin nəticələrinə dair məktubu BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının […]

AKTUAL

Gürcüstan Azərbaycanla quru sərhədini açmağı planlaşdırır

Gürcüstan hakimiyyəti yay turizm mövsümündə qonşu ölkələrlə quru sərhədlərini açmağı planlaşdırır. XəbərAl.az xəbər verir ki, bu barədə Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Natiya Turnava bildirib. “Quru sərhədlərin açılışı qonşu ölkələrdən daha çox turistin aktiv axınına imkan yaradacaq, biz bunun üzərində işləyirik. Düşünürük ki, yay mövsümündə hava sərhədində olduğu kimi, quru sərhədini də çox ciddi nəzarət […]