AKTUAL

Ərdoğan: “Şuşada Azərbaycanla Türkiyə arasında əhatəli müqavilə imzalanacaq”

“İlham Əliyev qardaşımla Şuşada görüşərək iki ölkə arasında əhatəli müqavilə imzalayacağıq”. XəbərAl.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib. “NATO sammitində üzv ölkələr gördükləri və görəcəkləri işləri müzakirə edəcəklər. Türkiyə NATO-da ilk 5-likdə yer alan bir ölkədir. Türkiyə ilə ABŞ arasındakı əlaqələri Cozef Baydenlə müzakirə etmək imkanımız olacaq. Bu görüşlərdən sonra Azərbaycana gedəcəyik. […]

AKTUAL

Bu gün Elçin Ağamalının doğum günüdür

Bu gün Ana Vətən Partiyası Mərkəzi Aparatının rəhbəri, ziyalı, siyasətçil, gözəl insan Elçin Ağamalının doğum günüdür. XəbərAl.az saytı olaraq dəyərli dostumuz Elçin müəllimi bu münasibətlə ürəkdən təbrik edir, möhkəm can sağlığı, işlərində uğurlar arzu edirik. Elçin müəllim, Doğum Gününüz Mübarək! Sayqılarla,Anavətənçilər XəbərAl.az

AKTUAL

Azərbaycan iqtisadiyyatı uğurla inkişaf edir

Azərbaycan iqtisadiyyatı uğurla inkişaf edir 90-cı illərin əvvəllərində yenicə müstəqillik qazanmış Azərbaycan Respublikasının dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyi, onu inkişaf etdirməyi özünün əsas vəzifəsi hesab edən, dövlətçilik ənənələrini rəhbər tutan Ümummilli lider Heydər Əliyev respublikamızda dövlət quruculuğunun və dövlətçiliyin inkişafının təməl prinsiplərinin əsasını yaratmışdır. Bu istiqamətdə həyata keçirilən iqtisadi islahatlar və strategiya nəticəsində ölkədə iqtisadi tənəzzülün […]

AKTUAL

“İstanbul Meyhane” dövlətin qərarlarına meydan oxuyur — VİDEO

Ötən gün sosial şəbəkələrdə xüsusi karantin rejiminin tələblərini pozaraq Bakı şəhəri Bilgəh qəsəbəsində yerləşən “İstanbul Meyhane” restoranında minə yaxın  adamın iştirakı ilə Türkiyəli müğənni Mustafa Cecelinin konserti keçirməsi barədə məlumat yayılıb. Sosial şəbəkə istifadəçiləri karantin rejmini pozan restoranı sərt tənqiq ediblər. Qeyd edək ki, bu konsert  “İstanbul Meyhane” restoranında ilk hal deyil. Məlumatlara görə hər […]

AKTUAL

Vüqar Rəhimzadə: Mina qurbanlarının sayının artması təcavüzkarın nazı ilə oynayan beynəlxalq güclərin yatmış vicdanlarını oyatmalıdır

Tarixi Zəfərimizin təsdiqi olan 10 noyabr üçtərəfli Bəyanatının imzalanmasından 7 aya yaxın vaxt keçməsinə baxmayaraq, Ermənistan hələ də sənədin tələblərini kobud şəkildə pozmaqda, dünya isə təcavüzkar dövlətin növbəti özbaşınalığını susqunluqla izləməkdə davam edir. Məlumdur ki, hazırda günümüzün əsas problemi işğaldan azad edilmiş torpaqlarımızda bərpa planlarının həyata keçirilməsi üçün ərazilərin minalardan təmizlənməsidir. Mənfur düşmən 30 illik […]

AKTUAL

Hulusi Akar: “Türkiyə Silahlı Qüvvələri Azərbaycanın hüquqlarını qorumaq üçün mübarizəyə davam edəcək”

Türkiyə Milli Müdafiə naziri Hulusi Akar “Denizkurdu-2021” təlimlərini izləmək üçün iştirak etdiyi tədbirdə Azərbaycanla bağlı danışıb. Bu barədə DHA məlumat yayıb. Akar bildirib ki, Türkiyə Silahlı Qüvvələri dost və qardaşların haqqını qorumaq üçün mübarizəyə davam edəcək: “Türkiyə Silahlı Qüvvələri ölkə daxilində, Suriya və İraqın şimalında, Kipr, Azərbaycan, Liviya, Şərqi Aralıq dənizi və digər coğrafiyalarda həm […]

AKTUAL

ATƏT Kəlbəcərdə jurnalistlərin faciəli ölümü ilə bağlı bəyanat yaydı

ATƏT bu gün Kəlbəcərdə mülki şəxslərin, o cümlədən, iki media işçisinin minaya düşərək şəhid olması ilə bağlı bəyanat yayıb. “XəbərAl.az” xəbər verir ki, ATƏT-in media azadlığı üzrə nümayəndəsi Tereza Ribeiro Məhərrəm İbrahimovun (Əlioğlu) və operator Sirac Abışovun ölümü ilə bağlı narahatlığını və kədərini ifadə edib: “Yayılan məlumatlara görə, “Azərtac” və AzTV-də işləyən iki jurnalist bu […]

AKTUAL

Avropa Şurası komissarından ərazilərin minalardan təmizlənməsinə – Çağırış

Avropa Şurasının İnsan Haqları üzrə Komissarı Dunya Miyatoviç tvitter hesabında bu gün Kəlbəcərdə media mənsublarının minaya düşərək şəhid olmaları ilə bağlı paylaşım edib. “XəbərAl.az”ın xəbərinə görə, o bildirib ki, münaqişənin təsirinə məruz qalmış ərazilər təcili olaraq minalardan təmizlənməlidir. “Kəlbəcərdə ikisi media mənsubu olmaqla, üç nəfərin ölümü və bir neçə nəfərin yaralanması ilə nəticələnən mina partlayışı […]

AKTUAL

Azərbaycan ikinci dəfə Ermənistanla bağlı Avropa Məhkəməsinə şikayət göndərdi

Azərbaycan işğaldan azad edilmiş ərazilərdə insanların həyatı üçün təhlükə yaradan minaların yerlərinə dair Ermənistanın müvafiq xəritələri təqdim etməkdən imtinası ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə (İHAM) dövlətlərarası şikayət göndərib. XəbərAl.az xəbər verir ki, bu müraciət Ermənistana qarşı ikinci dövlətlərarası şikayət olmaqla bu ölkəyə beynəlxalq hüquqdan irəli gələn öhdəliklərinə əməl etməsi istiqamətində təzyiqi artıracaq. Ermənistan və […]

AKTUAL

Ramiz Mehdiyev koronavirusa yoluxub? – AMEA -dan açıqlama

Azərbaycan Milli Elmlər Akademiyası qurumun prezidenti Ramiz Mehdiyevin koronavirusa yoluxması haqda yayılan məlumatlara aydınlıq gətirib.  AMEA İctimaiyyətlə əlaqələr və informasiya şöbəsindən daxil olan açıqlamada deyilir: “Bu gün AMEA prezidenti, akademik Ramiz Mehdiyevin guya koronavirusa yoluxması ilə bağlı bəzi KİV-lərdə məlumatlar yayılıb.  İctimaiyyətin diqqətinə çatdırırıq ki, yayılan məlumatların heç bir əsası yoxdur və onlar həqiqəti əks […]