Cəmiyyət

“Qarabağ”ın oyunundan sonra MASKA TƏLƏBİ

Sharing is caring!

Çempionlar Liqasının II təsnifat mərhələsində “Qarabağ” və İsveçrə “Sürix”i arasında keçiriləcək ilk oyundan sonra mətbuat konfransına giriş üçün maska tələbi qoyulub.

“Qarabağ”ın rəsmi səhifəsində qeyd edilib ki, UEFA-nın tələbinə əsasən, matçdan sonra keçiriləcək mətbuat konfransında iştirak edəcək media nümayəndələrinin FFP-2 tipli (N95) maskalardan istifadə etmələri məcburidir.

Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq qarşılaşma saat 20:00-da başlayacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir