Xırdalan şəhərində Abşeron Rayon İcra Hakimiyyəti və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Abşeron nümayəndəliyinin birgə təşkilatcılığı ilə Azərbaycan Respublikasının Gənclər Fondu ilə Dövlət Komissiyasının İşçi Qrupu arasında imzalanmış tədbirlər planına müvafiq olaraq GİKM Abşeronda “Gənclər və narkomanlığa qarşı mübarizədə maarifləndirmə işinin təşkili” mövzusunda təlim keçirilib. Təlimdə Masazır və Novxanı kəndlərində fəaliyyət göstərən tam orta məktəblərin idman, həyat bilgisi fənnlərini tədris edən gənc müəllimlər, məktəb psixoloqları, sahə həkimləri, Gənclər və İdman İdarəsinin nümayəndələri iştirak edib. Təlim zamanı Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sektor müdiri Raqif Allahverdiyev və Sumqayıt şəhər Narkoloji dispanserin şöbə müdiri, həkim narkoloqu Vüsal Cabbarov təlim iştirakçılarına narkomaniyanın zərərlərindən, narkomaniya ilə necə mübarizə aparmalı olduğumuzdan danışıb, həmçinin ətrafımızda zərərli vərdişləri olan insanlara necə dəstək və kömək ola biləcəyimizə dair tövsiyələr veriblər.
Oxşar Xəbərlər
“Sahil-İnşaat” MTK-dan şikayət var: Vətəndaşları necə aldadır?
“Sahil-İnşaat” MTK-dan mənzil alan bir qrup vətəndaş Prezident İlham Əliyev, Baş prokuror Kamran Əliyev və Fövqəladə Hallar naziri Kəmaləddin Heydərova müraciət edib. XəbərAl.az xəbər verir ki, vətəndaşların şikayəti şirkətin şübhəli fəaliyyəti ilə bağlıdır. Şikayətçilər bildirir ki, onlar şirkətin Yeni Günəşli qəsəbəsində “A-B”massivində inşa etdiyi yaşayış binasından mənzil alıblar. “Bina 15 mərtəbəlidir. Bir neçə ildir ki, inşa […]
Bazar və təbii inhisar subyektlərində yoxlamaların keçirilməsi qaydaları ilə bağlı FƏRMAN
Azərbaycanda Rəqabət Məcəlləsinə uyğun olaraq rəqabət orqanı tərəfindən bazar subyektlərində və təbii inhisar subyektlərində yoxlamaların keçirilməsi qaydaları müəyyən ediləcək. Oxu.Az xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı “Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” qanunun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi barədə” Fərmanda əksini […]
Yaponiyada “Qodzilla” rolunu oynayan aktyor vəfat etdi – FOTO
Yaponiyanın eyniadlı film seriyasında “Qodzilla” obrazını canlandıran aktyor və kaskadyor Kenpatiro Satsuma dekabrın 16-da 76 yaşında vəfat edib. Bu barədə Yaponiya mətbuatı məlumat yayıb. Satsumanın sətəlcəm xəstəliyindən öldüyü qeyd olunur, bu məlumatı onun oğlu da təsdiqləyib. Aktyorun noyabr ayında ağır xəstələndiyi bildirilir. Satsuma “Qodzilla” haqqında seriyalarda ondan çox filmdə rol alıb, onlardan birincisi, “Qodzilla” Hedoraya […]