Cəmiyyət

Geniş islahatların müsbət nəticələri tarixi qələbəmizi təmin edib

Sharing is caring!

         Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik və uzaqgörən siyasəti nəticəsində ölkəmizdə dayanıqlı müdafiə qüdrətimizin artırılması istiqamətində böyük uğurlar əldə edilib. Azərbaycan Ordusunda həyata keçirilən geniş islahatların müsbət nəticələri tarixi qələbələrimizi təmin edib. .2020-ci il sentyabrın 27-də başlamış 44 günlük Vətən müharibəsi Azərbaycan Silahlı Qüvvələrinin tam qələbəsi və torpaqlarımızın işğaldan azad edilərək ərazi bütövlüyümüzün bərpası ilə başa çatıb.

         Lakin şanlı Zəfərimizdən sonra Ermənistan silahlı qüvvələrinin qalıqları ölkəmizin ərazisindən çıxarılmayıb, təxribatlar yenə də davam etdirilib. Azad olunmuş ərazilərdə bərpa-quruculuq işləri aparan mülki şəxslərin və Böyük Qayıdışa dair Dövlət Proqramına müvafiq olaraq, öz doğma yurd yerlərinə qayıdan dinc sakinlərin təhlükəsizliyinin təmin olunması və ölkəmizin bütün suveren ərazilərində Azərbaycan Respublikası konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə 2023-cü il sentyabrın 19-20-də Qarabağ iqtisadi rayonunda antiterror əməliyyatı həyata keçirilib.

        Prezident İlham Əliyevin Qarabağ Universitetindəki çıxışında deyildiyi kimi, Cəmi 23 saat davam etmiş unikal antiterror əməliyyatı zamanı qarşıya qoyulmuş bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirən rəşadətli Ordumuzun qazandığı növbəti tarixi Qələbə nəticəsində Azərbaycan Respublikasının suverenliyi tam bərpa edilib. Müstəqilliyimizin simvolu olan Azərbaycan Respublikasının Dövlət Bayrağı bu gün suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə əzəmətlə dalğalanmaqdadır.

       Bu möhtəşəm tarixi hadisəni böyük təntənə ilə qeyd edərkən qürur hissi ilə deməliyəm ki, tarixi qələbələrimizin təməli xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulmuş və Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qətiyyətlə davam etdirilərək şanlı Zəfərə nail olunmuş, dövlət suverenliyimnz təmin edilmişdir. Mən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə yeni təsis edilmiş və müstəqil dövlətçilik tariximizin ən əlamətdar bayramlarından biri olan 20 Sentyabr – Dövlət Suverenliyi Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, çətin və şərəfli xidmətinizdə müvəffəqiyyətlər arzulayıram.

       Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsini hər zaman dərin hörmət və ehtiramla anırıq. Ali Baş Komandan İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı sayəsində şəhidlərimizin ailə üzvləri, sağlamlığını itirən döyüşçülərimiz və müharibə veteranlarının sosial-məişət şəraitinin yaxşılaşdırılması, qayğı və problemlərinin həlli istiqamətində bütün zəruri tədbirlər həyata keçirilir.

Arif Nəcəfov,

Cəlilabad rayon Statistika İdarəsinin rəisi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir