Cəmiyyət

Uzun illər ərzində Azərbaycan və İtaliya strateji tərəfdaşlar kimi fəaliyyət göstərirlər.

Sharing is caring!

     Azərbaycanın ikitərəfli münasibətlərinin dinamik inkişaf etdiyi ölkələr sırasında İta­liya xüsusi yer tutur. Xatırladaq ki, bu münasibətlərin əsası İtaliyanın Azərbaycan Respublikasının müstəqilliyini 1992-ci il yanvarın 1-də tanıması, 1992-ci il mayın 8-də isə iki ölkə arasında diplomatik əlaqələr qurulması ilə yaradılıb. 1997-ci ilin martında İtaliya Cənubi Qafqaz ölkələri arasında ilk dəfə Azərbaycanda öz səfirli­yini təsis edib, 2003-cü ilin dekabrında isə Azərbaycanın İtaliyada səfirliyi fəaliyyətə başlayıbSadaladıqlarımız hazırkı yüksək səviyyə­li əməkdaşlıq konturları baxımından, bir növ, müqəddimə sayıla bilər. Bəlkə, müstəqilliyimi­zin ilk illərində Azərbaycan–İtaliya əməkdaşlığı baxımından indi yaşananları heç ağla gətirmək belə mümkün olmazdı. Ancaq xəyallarımızın gerçəkləşdiyi bir dövrdəyik və Bakı–Roma əlaqələri yüksək dinamizmə, oturuşmuş dönməz struktura malikdir. Azərbaycan–İtaliya dövlətlərarası təmasındakı müsbət mənzərəni xarakterizə edən amillər çoxdur. Ən başlıca amil Azər­baycanın dünya siyasətində yeri və rolu ilə bağlıdır. Qətiyyətlə demək olar ki, ölkə­mizin uğurlu enerji siyasəti, ümumən bey­nəlxalq siyasətdəki prinsipiallığa söykənmiş rasionallıq və balanslılığı ölkəmizin qlobal aktora çevrilməsində mühüm halqadır. 

Azərbaycan–İtaliya əməkdaşlığı bu halqanın Avropa seqmentinin aktivliyi baxı­mından nümunədir. Hesab edirik ki, məhz bu nümunəvilik hər iki ölkə üçün son dərə­cə müstəsna dəyərdir. Sevindirici haldır ki, Prezident İlham Əliyevin İtaliyaya sayca üçüncü olan səfəri həmin dəyərin həm vur­ğulanması, onun yeni və daha dolğun səh­nələrinin yaşanması ilə əlamətdar oldu. Azərbaycan–İtaliya əlaqələri möhkəm təməl üzərində qurulub. İki ölkənin münasibətləri ötən dövr ərzində uğurla inkişaf edərək strateji əməkdaşlıq və tərəfdaşlıq səviyyəsinə yüksəlib. Şübhəsiz ki, bu dövlətlər arasında ali və yüksək sə­viyyəli səfərlər də əməkdaşlığın möhkəm­lənməsində önəmli rol oynayıb. 

     Prezident İlham Əliyevin İtaliyaya iş­güzar səfəri də bu baxımdan mühüm önəm daşıyıb. Azərbaycan Prezidenti İlham Əli­yevin İtaliya Nazirlər Şurasının sədri Ci­orcia Meloni ilə görüşündə də bu səfərin əhəmiyyəti yüksək dəyərləndirilib, iki ölkə arasında əlaqələrin gündən-günə inkişafı­nın, qarşılıqlı etimad və dəstəyə əsaslanan strateji tərəfdaşlığın möhkəmlənməsinin xüsusi məmnunluq doğurduğu diqqətə çat­dırılıb. Dövlətimizin başçısının İtaliyaya bu səfərinin çox səmərəli olduğu qeyd edilərək, Prezident İlham Əliyevlə İtaliya–Azərbay­can ikitərəfli münasibətlərinin gündəliyin­də olan məsələlərə dair ətraflı müzakirələr aparıldığı vurğulanıb, iki ölkə arasında yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdi­rildiyi bildirilib. Eyni zamanda, ölkələrimiz arasında ikitərəfli iqtisadi-ticari əlaqələrin, xüsusilə sənaye, energetika sahələrində əməkdaşlığın genişləndirilməsi, humanitar, mədəni istiqamətlərdə əlaqələrin inkişafı barədə ətraflı fikir mübadiləsi aparılıb. Hu­manitar-mədəni əlaqələrin inkişafında ADA Universiteti ilə İtaliya universitetləri arasın­da İtaliya-Azərbaycan Universiteti layihəsi­nin önəmi xüsusi qeyd olunub.  

Nicat Mütəllimov

Saatlı Rayon Mərkəzi Xəstəxanasının əməkdaşı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir