Cəmiyyət

Prezident İlham Əliyevin İtaliya səfəri iki ölkə arasındakı əlaqələri fəallaşdırıb

Sharing is caring!

    Bütün dünyada olduqca gərgin və ziddiyyətli proseslərin getdiyi, ciddi geosiyasi savaşların baş verdiyi bir dövrdə beynəlxalq aləmdə söz sahibi olmaq, ölkəni dinamik şəkildə inkişaf etdirmək, dünya dövlətlərinin Azərbaycanla hesablaşmasına nail olmaq və bütün bunların nəticəsi olaraq, otuz ilə yaxın müddətdə düşmən işğalı altında qalmış torpaqları azad etmək, əlbəttə ki, misilsiz tarixi nailiyyətdir. Görkəmli siyasi xadim olan Prezident İlham Əliyev irəli sürdüyü qlobal təşəbbüsləri ilə daim seçilir. Bu, onu göstərir ki, dövlətimizin başçısının siyasi fəaliyyətinin təsir dairəsi yalnız Azərbaycanı deyil, bütün regionu əhatə edir.

       Azərbaycanın xarici siyasət kursunda İtaliya Respublikası ilə qarşılıqlı faydalı münasibətlərin mühüm yer tutur. Hər iki ölkəni möhkəm dostluq və əməkdaşlıq ənənələri bağlayır. Bu ənənənin davamı olaraq Azərbaycan Prezidenti İlham Əliyevin sentyabrı 6-da İtaliyaya növbəti səfəri də ölkələrimiz arasında əlaqələrin möhkəmlənməsinə xidmət edir.

        Prezidentimizin İtaliyaya səfərində əsas mövzu enerji siyasəti olub. Dövlət baş­çısı bu məsələ ilə bağlı fikir bildirərkən, diqqəti ölkəmizin enerji təhlükəsizliyi strategiyasının bəzi tarixi məqamlarına yönəldib. 1994-cü ildə müstəqilliyimizin bərpasından, sadəcə, üç il keçdikdən sonra Azərbaycan dünyanın aparıcı enerji şirkətlərini Xəzər dənizində çalışmağa dəvət edən ilk ölkə oldu. Tezliklə Avropa bazarına, əsasən də İtaliyaya neft ixrac edən ölkəyə çevrildik. Hazırda İtaliya Azərbaycandan xam neft və neft məhsullarının ixracında ən iri ticarət tərəfdaşına çevrilib. Cənub Qaz Dəhlizi və onun tərkib hissəsi olan Trans-Adriatik qaz boru kəməri (TAP) ikitərəfli enerji əməkdaşlığını və İtaliyanın enerji təhlükəsizliyini möhkəmləndirən vacib amildir. Ötən il TAP kəməri vasitəsilə İtaliyaya təqribən 10 milyard kubmetr qaz ixrac olunub ki, bu da Azərbaycanın bu ölkənin enerji təhlükəsizliyinə töhfəsinin təzahürüdür. Ölkəmizlə Avropa İttifaqı arasında əldə edilən razılaşmaya əsasən, 2027-ci ilə qədər Azərbaycan qazının tədarükü ildə azı 20 milyard kubmetrə çatmalıdır. Təbii ki, bu həcmin Avropaya çatdırılmasında Cənub Qaz Dəhlizinin bir hissəsi olan TAP da mühüm rol oynayacaq.

       Prezident İlham Əliyev bu səfəri çərçivəsində təşkil olunmuş tədbirdə Ermənistan tərəfindən baş verə biləcək təxribat  cəhdlərinin qarşısının dərhal alınacağı ilə bağlı mesaj da verib. Dövlətimizin başçısı həmişə deyir ki, sözünün imzası qədər qüvvəsi var. Uzaqgörən və müdrik siyasəti, eləcə də qətiyyəti Azərbaycanın dövlət başçısının nüfuzunu dünyada artırıb.   

Xalid Əsgərov,

Cəlilabad Rayon İcra Hakimiyyətinin əməkdaşı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir