Cəmiyyət

Tarixi geosiyası addımlarımız uğurludur      

Sharing is caring!

        Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş, ölkəmizin maraqlarına cavab verən və tam müstəqil siyasi xəttin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi dövlətimizin beynəlxalq münasibətlər sistemində söz sahibi olmasına, mövqeyinin möhkəmlənməsinə, nüfuzunun davamlı şəkildə artmasına səbəb olub. Azərbaycanın İtaliya ilə münasibətləri də çox yüksək səviyyədədir. Ölkələrimiz arasında siyasi dialoq olduqca fəaldır və ikitərəfli gündəliyimizə yeni, vacib mövzular daxil olunur. Cari iliin 6 sentyabr tarixində İtaliyanın Çernobbio şəhərində keçirilmiş  “Dünya, Avropa və İtaliya haqqında bilgilər” mövzusuna həsr olunmuş Beynəlxalq Çernobbio Forumunda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” mövzusunda çıxışındadövlətimizin başçısı Azərbaycanın bölgəyə gətirdiyi yeni reallıqlar, bunun region ölkələri üçün perspektivləri, geosiyasi və geoiqtisadi əhəmiyyəti barədə ətraflı şərh verib.

        Dövlətimizin başçısı forumda bəyan edib ki, Avropa İttifaqının 27 dövlətindən doqquzu ilə strateji tərəfdaşlıq münasibətləri var. Lakin İtaliyanın xüsusi çəkisi onunla bağlıdır ki, Azərbaycan Avropa ölkələri içərisində İtaliyanın bir nömrəli neft və ikinci ən böyük qaz təchizatçısıdır. Boru kəmərinin başlanğıcı Azərbaycandadır və İtaliyaya qədər uzanır. Ancaq marşrut boyu mövcud olan əlavələr və interkonnektorlar sayəsində bu kəmər geniş Avropa və Avrasiya çoğrafiyasını əhatə edir. Biz artım üçün potensialı yalnız enerji sektorunda deyil, digər sahələrdə də görürük. İtaliya Azərbaycanın dünyada bir nömrəli ticarət tərəfdaşıdır. İki ölkə arasında ticarət əməkdaşlığımız olduqca fəaldır. Ötən il bizim ticarət dövriyyəmiz 16 milyard ABŞ dollarına yaxın olub. Bu da bizim əməkdaşlığımızın vacib hissəsidir.

        Prezident qeyd edib ki, bizim ikitərəfli əlaqələrimiz enerji və ticarətlə məhdudlaşmır. Hazırda humanitar məsələlər üzərində fəal şəkildə işləyirik. Artıq İtaliya-Azərbaycan Universiteti fəaliyyətə başlayıb və bu, bizim əməkdaşlığımızın şaxələndirilməsinin gözəl nümunəsidir. İtaliyanın beş aparıcı universiteti – Lyuis, Sapyensa, Boloniya, Milan və Turin universitetləri və onların Azərbaycandan olan tərəf müqabilləri bu müştərək təsisatı yaradıb. Bu, bizim gələcək əməkdaşlığımız üçün mühüm əhəmiyyət kəsb edəcək. Çünki orada bu gün təhsil alan və gələcəkdə təhsil alacaq tələbələr İtaliya ilə təbii bağlantı rolunda çıxış edəcəklər. Onlar italyan dilində səlis danışacaq, italyan mədəniyyətini və italyan xalqının geniş tarixi irsini daha yaxından tanıyacaqlar.

        Ümumiyyətlə, Azərbaycan Prezidenti İlham Əliyevin həm daxili, həm də xarici siyasəti çox uğurla həyata keçirilir. Əsası budur ki, xalqımız bu siyasətin doğruluğuna inanır və böyük ümid bəsləyir.       

Elçin Hüseynov,

Cəlilabad şəhər İnzibati Ərazi Dairəsi

üzrə nümayəndəsinin müavini

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir