Cəmiyyət

Ermənistan tərəfindən təxminən 30 illik işğal dövründə bu ərazilərdə 9 şəhər və yüzlərlə yaşayış məntəqəsi məhv edilib.

Sharing is caring!

  Bu ilin avqust ayının 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstanın paytaxtı Astanada Mərkəzi Asiya və Azərbaycan Respublikasının Dövlət Başçılarının görüşündə iştirak etmişdir.

    Sözü gedən görüş zamanı dövlət başçımız Prezident İlham Əliyev öz çıxışı zamanı ölkəmizin xarici siyasətindəki mühüm proseslərindən bahs etdi. Mərkəzi Asiya ölkələrinə 16-cı səfərinin olduğunu və Azərbaycanın bu görüşlərə dəvət olunmasının ölkələrimiz arasında mövcud dostluq, qardaşlıq münasibətlərindən və inkişaf etməkdə olan əməkdaşlıqdan xəbər verdiyini bildirən Prezident İlham Əliyev söylədi ki, “Ermənistan tərəfindən təxminən 30 illik işğal dövründə bu ərazilərdə 9 şəhər və yüzlərlə yaşayış məntəqəsi məhv edilib. İşğaldan azad olunmuş ərazilərdə hazırda genişmiqyaslı bərpa işləri aparılır və keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışı davam edir.”

   Azərbaycanın işğaldan azad etdiyi ərazilərində Ermənistanın törətdiyi kütləvi ekoloji terror və fəlakətin nəticəsi də ağılasığmaz dərəcədə çox böyükdür. Qarabağ bölgəsini 30 ilə yaxın işğal altında saxlayan ermənilər orada kütləvi yanğınlar törədib, meşəlikləri, xüsusi ağac və bitki növlərini də məhv edib, vəhşi heyvanları belə öldürməkdən çəkinməyiblər.

   Bu gün bütün dünyaya məlumdur ki,  Azərbaycanın işğaldan azad etdiyi torpaqlarında Mərkəzi Asiya ölkələrinin hər birinin özünəməxsus, əhəmiyyətlidərəcədə tarixi dəyərləri olan hədiyyələri var. Füzulidə Mirzə Uluqbəy adına məktəbə, Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinə və Ağdam rayonunda təməli qoyulmuş  orta məktəbə görə millətimiz və dövlətimiz Özbəkistan, Qazaxıstan və Qırğızıstan prezidentlərinə çox minnətdardır.

Telman Ağayev

Saatlı rayon Heydər Əliyev Mərkəzinin direktoru                                

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir