Cəmiyyət

Qardaşlıq dəstəyi

Sharing is caring!

Prezident İlham Əliyevin cari ilin 9 avqust tarixində Qazaxıstanın paytaxtı Astanada Mərkəzi Asiya və Azərbaycan Respublikasının Dövlət Başçılarının görüşündəki çıxışı belə deməyə zəmin yaradır ki, ölkəmiz artıq daha geniş və münbit siyasi-iqtisadi addımlarını atmaqda davamlıdır. Dövlətimizin başçısı Sammitdə çıxış edərkən bildirib ki Azərbaycan postmüharibə dövründə üzərinə düşən bütün öhdəliklərə əməl edir, sülh müqaviləsinin imzalanmasında, məlum 2020-ci il 10 noyabr və 2021-ci il 11 yanvar tarixli sənədlərinin icrasında zəruri addımlar atır. Azərbaycan Ermənistana ölkələrin bir-birinin suverenliyinin və ərazi bütövlüyünün qarşılıqlı tanınmasına əsaslanan sülh müqaviləsi üçün beş əsas prinsip təqdim edib.

Prezident İlham Əliyev Sammit iştirakçılarının diqqətinə çatdırıb ki, Ermənistan tərəfindən təxminən 30 illik işğal dövründə bu ərazilərdə 9 şəhər və yüzlərlə yaşayış məntəqəsi məhv edilib. İşğaldan azad olunmuş ərazilərdə hazırda genişmiqyaslı bərpa işləri aparılır və keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışı davam edir; 

Ermənistan Azərbaycanla dövlət sərhədində xeyli genişmiqyaslı hərbi təxribat törədib. Azərbaycan silahlı qüvvələri bu təxribatın qarşısını qətiyyətlə alıblar. O, qeyd edib ki, Ermənistanın bu təxribatları iki ölkə arasında normallaşma prosesinə böyük olub. Buna görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Azərbaycan sülh sazişinə doğru gedilən yolda bütün maneələri qətiyyətlə aradan qaldırır, Cənubi Qafqazda uzunmüddətli və etibarlı sülhün, əmin-amanlığın bərqərar olması üçün səmərəli diplomatiya aparır və Ermənistanın siyasi rəhbərliyinin konstruktiv dialoqa cəlbinə səy göstərir.

Biz qardaş ölkələrin sülhyaratma prosesinə və işğaldan azad olunmuş ərazilərin bərpasına köməyini daim hiss edirik. Ötən il Füzuli şəhərində Özbəkistanın hədiyyəsi olan Mirzə Uluqbəy adına orta məktəbin, bu il isə Qazaxıstanın hədiyyəsi olan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılışı olub. Həmçinin bu il Ağdam rayonunda Qırğızıstanın hədiyyəsi olan orta məktəb binasının təməlqoyma mərasimi keçirilib.

         Ümumiyyətlə, bu görüşü müxtəlif cəhətlərdən, o cümlədən, iqtisadi, tranzit, enerji, yükdaşıma və digər tərəflərdən müsbət dəyərləndirmək mümkündür. Hövzə ölkələrinin limanları və dəmiryolu xətləri vasitəsi ilə qeyd olu­nan ölkələr arasında yükdaşımalar şərtlənəcək. Mərkəzi Asiya ölkələri mövcud imkanlardan səmərəli istifadə edərək bu əlaqələri daha da möhkəmləndirə bilərlər ki, bu da həmin ölkələrin, eləcə də ümumilikdə bölgənin inkişafı ilə nəticələnə bilər.

Xeyrulla Şahbazov,

Lənkəran-Astara Regional Mədəniyyət

 İdarəsi Cəlilabad Nümayəndəliyinin əməkdaşı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir