Cəmiyyət

Uğurlu və gələcəyə hesablanmış siyasət

Sharing is caring!

        Prezident İlham Əliyevin cari ilin 4 iyul tarixində Qazaxıstanın paytaxtı Astana şəhərində “ŞƏT plyus” formatında keçirilmiş görüşdə çıxışı dərin məzmunu ilə yadda qaldı. Dövlətimizin başçısı istər üzvü olduğu, istərsə də fəxri qonaq qismində qatıldığı beynəlxalq təşkilatların Zirvə görüşlərində, samimitlərdə əsas diqqəti həqiqətlərimizin dünya ictimaiyyətinə çatdırılmasına yönəldir. 30 ilə yaxın torpaqları işğal altında, bir milyondan çox soydaşı qaçqın və məcburi köçkün vəziyyətində yaşayan Azərbaycan bu illər ərzində dünya güclərindən ədalət gözlədi. Beynəlxalq hüququn norma və prinsiplərinin tətbiqi üçün vahid mexanizmin müəyyənləşdirilməsini tələb etdi və bu gün də həmin çağırışlar davam edir. Azərbaycan tarixi ədaləti öz gücünə bərpa edərək torpaqlarını işğaldan azad etdi.

       Azərbaycan ŞƏT-in bütün üzv ölkələri ilə ikitərəfli səviyyədə də yaxşı münasibətlər qurub və bu əlaqələri ildən-ilə uğurla inkişaf etdirir. Azərbaycan-ŞƏT əməkdaşlığı çərçivəsində ölkəmizin ədalətə və beynəlxalq hüquqa söykənən siyasətinin uğurları beynəlxalq ictimaiyyətə çatdırılır. Bu əməkdaşlıq hər iki tərəfin qarşılıqlı maraqlarına xidmət edir.Yeni iqtisadi imkanlar dövlət başçısının çıxışında prioritet xarakter daşıyırdı. Biz bir daha əmin olduq ki, Azərbaycan Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafında mühüm rol oynayır. Şimal-Cənub dəhlizinin Azərbaycan seqmentinin dəmir yolu və avtomobil infrastrukturu hazırdır və uğurla fəaliyyət göstərir. Ölkəmiz dəmir yolu daşımalarının həcminin ildə 15 milyon tona qədər artırılması üzərində işləyir, sonradan zərurət yaranarsa, bu rəqəm 30 milyon tona çatdırılacaq.

       Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində sürətlə inkişaf edərək regionda ən nüfuzlu dövlətə çevrilən Azərbaycan gənc müstəqil dövlət olmasına baxmayaraq, uğurlu və gələcəyə hesablanmış siyasəti nəticəsində özünü bütün dünyaya beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsi üçün ideal məkan olduğunu sübut edib. 155 ölkənin dəstəyini alaraq BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi, həmçinin 120 ölkəni sıralarında birləşdirən Qoşulmama Hərəkatına üzvlüyü və uğurlu sədrliyi də bunun bariz nümunəsidir.

        Azərbaycanın bu il COP29 kimi ən nüfuzlu tədbirə ev sahibliyi etməsi ölkəmizin, Prezident İlham Əliyevin beynəlxalq nüfuzunun təqdimatıdır. Azərbaycan inkişaf etməkdə olan kiçik ada dövlətləri üçün xüsusi texniki yardım fondunun yaradılması təşəbbüsü ilə çıxış edib. Azərbaycanın prioritetləri sırasında həm də iqlim dəyişikliyinin mənfi təsiri səbəbindən ekzistensial təhlükə ilə üzləşən inkişaf etməkdə olan kiçik ada dövlətlərinə dəstək yer alır.

Elçin Hüseynov,

Zopun kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin müavini

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir