Cəmiyyət

Şəkidə 22 yaşlı gənc dərmandan zəhərləndi

Sharing is caring!




Şəkidə 22 yaşlı gənc dərmandan zəhərlənib.

“Qafqazinfo”nun məlumatına görə, şəhərin Bağbanlar küçəsində yaşayan 2002-ci il təvəllüdlü Asim Həsən oğlu Məmmədov zəhərlənmə əlamətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

Müayinə zamanı A.Məmmədovun çox sayda dərman qəbul etdiyi və zəhərləndiyi məlum olub.

Xəstəxanada 22 yaşlı gəncə lazımi tibbi yardım göstərilib. Hazırda vəziyyəti həkim nəzarətindədir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir