Cəmiyyət

Dövlət sərhədini pozmağa cəhd göstərən 36 nəfər saxlanılıb – FOTO

Sharing is caring!




Dövlət sərhədini pozmağa cəhd göstərən 36 nəfər saxlanılıb.

Oxu.Az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, may ayının 14-də saat 00:15-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının xidməti ərazisində 12 nəfər (səkkizi azyaşlı uşaq), saat 02:10-da isə “Şəmkir” sərhəd dəstəsinin xidməti ərazisində 24 nəfər (16-sı azyaşlı uşaq) Azərbaycan vətəndaşı sərhəd naryadının sayıqlığı nəticəsində Gürcüstandan Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərərkən saxlanılıblar.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir