Cəmiyyət

Eşqi Bağırov: “Ana olmağa hazırlaşan məktəbli qız imtahan verib və 10-cu sinfə keçib”

Sharing is caring!


“Salyan rayonunun Pambıqkənd kəndində məktəbli qızların erkən nikaha cəlb edilməsi halları bizdə təəssüf doğurur”. 

Oxu.Az-ın məlumatına görə, bunu Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov media üçün keçirdiyi brifinqdə bildirib. 

Onun sözlərinə görə, regionlarda bu tipli hallar hələ də baş verir: 

“Ana olmağa hazırlaşan həmin qız 9-cu sinifdə imtahan verib və 10-cu sinfə keçib. Lakin davamiyyəti ilə bağlı problem olduğu üçün sinifdə saxlanılıb və yanvar ayında məktəbdən xaric edilib. Məktəb rəhbərliyi üzərinə düşəni edib və regional idarəetmə orqanı tərəfindən hüquq-mühafizə orqanlarına məlumat verilib”.

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir