Cəmiyyət

Dövlət Sosial Müdafiə Fondu zərərdən mənfəətə keçib

Sharing is caring!


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu (DSMF) 2022-ci ili 24,36 milyon manat mənfəətlə başa vurub. Halbuki, Fond 2021-ci ildən 4,69 milyon manat zərərlə çıxmışdı.

Bu barədə qurumun maliyyə hesabatında bildirilib.

2023-cü il yanvarın 1-nə DSMF-nin aktivləri 5 milyard 906,328 milyon manat olub ki, bu da illik müqayisədə 47,55% çoxdur. Hesabat dövründə Fondun öhdəlikləri 47,3% artaraq 5 milyard 854,031 milyon manata, balans kapitalı isə 85,7% artaraq 52,297 milyon manata çatıb.

Xatırladaq ki, DSMF 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 5 milyon manatdır. Fond məcburi dövlət sosial sığortası və könüllü (əlavə) sosial sığorta, dövlət icbari şəxsi sığorta, əhalinin əmək pensiyaları, sosial müavinətlər, ünvanlı dövlət sosial yardımı, təqaüd və kompensasiyalarla təmin edilməsi sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir