Cəmiyyət

Tovuzda TIR aşıb, yanğın olub – FOTO

Sharing is caring!


Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Bakı-Ələt-Qazax-Gürcüstan avtomobil yolunda, rayonun Aşağı Quşçu kəndi ərazisində qeydə alınıb. Bakı istiqamətində hərəkətdə olan, Göygöl rayon sakini Elbrus Məlikovun idarə etdiyi TIR yoldan çıxaraq dərəyə aşıb. Qəzadan sonra avtomobildə yanğın qeydə alınıb. Dərhal hadisə yerinə FHN-in yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub.

Yanğın söndürülüb, avtomobil yanğından mühafizə edilib. Məlumata görə, sürücü yüngül xəsarət alıb.

TIR-ın Rusiyaya yanacaq (mazut) apardığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir