Cəmiyyət

ETSN: “Zığ gölünün ətrafının abadlaşdırılması layihəsi hazırdır” – AÇIQLAMA + FOTO

Sharing is caring!


Bakının Suraxanı rayonunun Zığ qəsəbəsində yerləşən Zığ gölü ətrafında acınacaqlı ekoloji vəziyyət hökm sürür.

Durumu əks etdirən görüntüləri bloqer Anar Əliyev paylaşmışdı.

Bununla bağlı Oxu.Az-ın sualını cavablandıran Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri İradə İbrahimova bildirib ki, Zığ gölünün ətrafının abadlaşdırılması ilə bağlı layihə hazırdır və təhlil mərhələsindədir.

“Zığ gölünün reabilitasiyası, təmizlənməsi və ətrafının abadlaşdırılması ilə bağlı layihə işlənilib və Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumunda ekspertizadan keçirilib. Hazırda sözügedən layihə təhlil olunma mərhələsindədir. Bununla bağlı yekun qərar verildikdən sonra işlərə başlanılacaq və ictimaiyyətə məlumat veriləcək”, – deyə İ.İbrahimova qeyd edib. 

Əzizə İsmayılova

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir