Cəmiyyət

TƏBİB-in icraçı direktoru: “İcbari sığortanın tətbiqindən sonra 349 sayda ambulans alınıb”

Sharing is caring!


“İcbari sığortanın tətbiqindən sonra 349 sayda ambulans alınıb”.

Oxu.Az xəbər verir ki, bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov TƏBİB-in fəaliyyətinin 5 illiyinə həsr olunan hesabat konfransında deyib.

O bildirib ki,  icbari tibbi sığortanın tətbiqindən sonra təxirəsalınmaz təcili tibbi yardım stansiyalarının avtomobil parklarının yenilənməsi və müəssisələrin təcili yardım avtomobillərinə ehtiyaclarının ödənilməsi məqsədilə bu günə kimi 349 sayda ambulans alınıb:

“2022-ci ildə ümumilikdə 65 ədəd olmaqla 20 ədəd reanimobil, 37 ədəd ambulans, 7 ədəd çətin keçilən ərazilər üçün ambulans, bir ədəd küvəzli ambulans alınaraq müəssisələrdə istifadəyə verilib.

2023-cü ildə isə ümumi sayı 100 ədəd olmaqla 20 ədəd reanimobil, 66 ədəd ambulans, 10 ədəd küvəzli reanimobil, 3 ədəd psixiatrik xəstəxanalar üçün nəzərdə tutulmuş ambulans və bir ədəd səyyar rentgen cihazlı təcili yardım avtomobili alınıb”.

Könül Cəfərli 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir