Cəmiyyət

Qəzada həlak olan alim sabah Bakıda dəfn olunacaq

Sharing is caring!


Noyabrın 15-i saat 23 radələrində avtomobil qəzası nəticəsində həlak olan alim Arif Acaloğlu sabah dəfn olunacaq.

“Report”un məlumatına görə, mərhum noyabrın 17-də Maştağa rayonunun Kəpənəkçi qəbiristanlığında dəfn ediləcək.

Qeyd edək ki, noyabrın 15-i saat 23 radələrində Sabunçu rayonu ərazisində Bakı şəhər sakini Azər Spartak oğlu Maqsudov idarə etdiyi “Mercedes” markalı avtomobillə A.Acaloğlunu vurub. Alim aldığı xəsarətlərdən xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir