Cəmiyyət

Zaqatalada 44 yaşlı qadın göbələkdən zəhərlənib

Sharing is caring!


Zaqatalada 44 yaşlı qadın göbələkdən zəhərlənib.

“Qafqazinfo”nun məlumatına görə, hadisə rayonunun Yuxarı Tala kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1979-cu il təvəllüdlü Günəş Mövləddin qızı Əsgərova zəhərlənmə əlamətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

İlkin müayinə zamanı qadının göbələkdən zəhərləndiyi məlum olub. 

Günəş Əsgərovaya xəstəxanada lazımi tibbi yardım göstərilib. Onun vəziyyəti nəzərə alınaraq müayinə və müalicəsini davam etdirmək ücün Bakı şəhəri  Respublika Toksikologiya Mərkəzinə göndərilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir