Cəmiyyət

Naftalanda sərxoş sürücü qəza törətdi: Yaralanan var

Sharing is caring!


Naftalanda sərxoş sürücü qəza törədib. 

“Unikal”ın məlumatına görə, hadisə axşam saatlarında Naftalan şəhərinin kənar küçələrindən birində baş verib.

Sərxoş vəziyyətdə olan Daşaltı kənd sakini, 1994-cü il təvəllüdlü Pənah Məmmədli idarə etdiyi “Mercedes-Benz” markalı avtomobili eyni markalı digər nəqliyyat vasitəsinə çırparaq qəza törədib.

Sərxoş sürücü ciddi xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir