Cəmiyyət

Cari ildə Azərbaycandan sığınacaq almaq üçün müraciət edənlərin sayı AÇIQLANDI

Sharing is caring!


2023-cü ilin 8 ayı ərzində 92 nəfər (ailə üzvləri ilə birlikdə 138 nəfər) Azərbaycandan sığınacaq almaq üçün müraciət edib.

Bu barədə Dövlət Miqrasiya Xidmətindən “Report”un sorğusuna cavab olaraq bildirilib.

Məlumata görə, 2022-ci ildə 169 ərizəçinin (ailə üzvləri ilə birlikdə 298 nəfər), 2023-cü ilin 8 ayı ərzində isə 92 ərizəçinin (ailə üzvləri ilə birlikdə 138 nəfər) qaçqın statusu verilməsi haqqında vəsatəti Dövlət Miqrasiya Xidməti tərəfindən qeydə alınıb.

Ərizəçilər arasında Cənubi Asiya ölkələrinin vətəndaşları üstünlük təşkil edirlər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir