Cəmiyyət

Naxçıvanda heyvana qarşı qeyri-insani davranış edən şəxs cəzalandırıldı – VİDEO

Sharing is caring!


Azərbaycanda heyvanla rəhmsiz rəftar edən şəxs cəzalandırılıb.

Oxu.Az-ın məlumatına görə, ulağı iplə maşına bağlayaraq, nəqliyyat vasitəsilə hərəkətə davam edən 68-BE-012 dövlət qeydiyyat nişanlı “Niva” markalı avtomobilin sürücüsü polis tərəfindən müəyyən olunaraq saxlanılıb. 

Qanunvericiliyə uyğun olaraq, Şərur rayon sakini barəsində inzibati tədbir görülüb.

Qeyd edək ki, sosial şəbəkələrdə yayılan görüntülərə görə, “Niva” markalı avtomobilin sürücüsü ulağı iplə maşına bağlayaraq, nəqliyyat vasitəsilə hərəkətə davam edib.

Xatırladaq ki, İnzibati Xətalar Məcəlləsinin 274-cü maddəsinə görə, hər hansı heyvana qarşı şiddət göstərməyə, şikəst etməyə görə 500 manat cərimə nəzərdə tutulur. 

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir