Cəmiyyət

Ağsuda yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alan var

Sharing is caring!


Ağsuda yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alan var.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

“112” qaynar telefon xəttinə Ağsu rayonu, Qiyaslı kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, VAZ markalı minik avtomobili yol kənarındakı maneəyə çırpılıb, bir nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində bir nəfər müxtəlif xəsarətlərlə nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir