Cəmiyyət

İran vətəndaşının narkokuryerliyə cəlb etdiyi dəstə üzvləri Bakıda tutuldular – FOTO/VİDEO

Sharing is caring!

Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyatlar zamanı Binə qəsəbəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan dəstə üzvləri saxlanılıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən xəbərə görə, əməliyyat nəticəsində Elnur Əsədov və onun başçılıq etdiyi dəstənin daha 7 üzvü tutularaq istintaqa təqdim edilib.

Araşdırmalar zamanı Elnur Əsədovun sosial şəbəkələrdə tanış olduğu şəxsiyyəti məlum olmayan İran vətəndaşının göstərişi ilə paytaxt ərazisində narkokuryerliklə məşğul olan dəstə yaratdığı müəyyən olunub. Əməliyyat-texniki tədbirlər nəticəsində Elnur Əsədovun İran vətəndaşı ilə narkotik vasitələrin alqı-satqısı nəticəsində yaranan əlaqələri sübuta yetirilib. Həmin şəxsin evinə və avtomobilinə baxış zamanı 1 kiloqrama yaxın heroin və metamfetamin aşkar edilib.

Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri digər əməliyyatlar zamanı isə Binə və ətraf ərazilərdə 5 evdən, mağazadan, həmçinin Hövsan qəsəbəsində 9 avtomobildən oğurluq edən İlqar Zamanov və Fuad Qasımov da saxlanılıblar.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, 3-cü Polis Şöbəsinin əməkdaşlarının ilin əvvəlindən həyata keçirdikləri əməliyyatlar zamanı Binə və ətraf ərazilərdə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan ümumilikdə 26 nəfər tutularaq istintaqa təqdim edilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir