Cəmiyyət

Şəmkirdə su borusu sıradan çıxıb, qəsəbə susuz qalıb – FOTO

Sharing is caring!

Şəmkir rayonunun ən böyük qəsəbəsində içməli və məişətdə istifadə olunan suyun verilməsində qismən çətinlik yaranıb.

Bu barədə “Report”un Qərb bürosuna qəsəbə sakinləri məlumat verib.

Onlar qəsəbəni su ilə təmin edən əsas borunun sıradan çıxdığını bildiriblər və bu səbəbdən suyun verilməsində qismən çətinlik yarandığını, eləcə də maşınlarla hər evə sadəcə 20 litr içməli suyun verildiyini söyləyiblər.

Qeyd edilib ki, boru xətti 50-60 il öncə çəkilib:

“Tez-tez sıradan çıxan boru təmir edilsə də, artıq onun istismar müddəti başa çatıb və borunun istifadəyə yararsız olduğu müşahidə olunur. Buna görə də borunun sıradan çıxan hissəsi təmir olunsa da, bir müddət sonra onun başqa bir hissəsində fəsadlar əmələ gəlir”.

Regional Su İdarəsinin rəhbəri Natiq Əhmədov bildirib ki, məsələdən xəbərdardır və əhalinin suya ola tələbatının ödənilməsi istiqamətində ilkin olaraq mümkün işlər aparılır:

“Bununla bağlı layihə hazırlanır, bu layihə çərçivəsində 1970-ci illərdə çəkilmiş əsas boru tamamilə yenilənəcək. Hazırda da borunun sıradan çıxmış hissəsində müvafiq işlər görərək sakinlərə suyun verilməsində əsaslı problemlərin yaranmamasına çalışılır”.

Qeyd edək ki, Kür qəsəbəsində 12 mindən çox əhali binalarda və fərdi evlərdə yaşayır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir