Cəmiyyət

Baş prokurordan yeni təyinatlar

Sharing is caring!

Baş Prokurorluqda yeni təyinatlar olub.

Bu barədə Baş Prokurorluq məlumat yayıb.

Təyinatlarla bağlı Baş prokuror Kamran Əliyev müvafiq əmrlər imzalayıb.

Baş prokurorun əmrinə əsasən, Fərid Nağıyev Bakı şəhər prokurorunun müavini vəzifəsinə təyinat alıb.

Digər əmrlə Mehman Hümmətov Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsinin rəisi vəzifəsinə gətirilib.

Nazim Rəşidov isə Baş Prokurorluğun İstintaq idarəsinin rəis müavini vəzifəsinə təyin edilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir