Cəmiyyət

Sərnişinlərin NƏZƏRİNƏ: Bakıda üç avtobus marşrutunun hərəkət sxemi dəyişdiriləcək

Sharing is caring!

Bakının Suraxanı rayonu, Xanlar Ələkbərov və Səttar Bəhlulzadə küçələrinin kəsişməsində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq.

Bakı Nəqliyyat Agentliyindən verilən xəbərə görə, məhdudiyyət orada yerləşən qorunan dəmiryol keçidində aparılacaq təmir işləri ilə əlaqədardır.

Bu səbəblə fevralın 1-i saat 8:00-dan 18:00-dək nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq ediləcək.

Həmin məhdudiyyətlərə uyğun olaraq, 104, 208, 209 nömrəli marşrutların hərəkət sxemi dəyişdiriləcək, müvəqqəti olaraq İlqar Məmmədov və Vladimir Balandin küçələrinin kəsişməsində yerləşən dəmir yolu keçidindən təşkil ediləcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir