Nəsimi rayonunda yaşayış binasında partlayış olub.
Oxu.Az-ın məlumatına görə, hadisə Cavadxan küçəsində baş verib.
Hadisə nəticəsində ölən olduğu ehtimal edilir.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə xidmətinin müvafiq qüvvələri cəlb olunub.
İlhamə Əbülfət
Xeberal.az