Cəmiyyət

Azərbaycanda nadir xəstəlikdən əziyyət çəkən şəxslərə verilən dərmanların sayı artırılıb

Sharing is caring!

“Nadir hallarda rast gəlinən və spesifik müalicə tələb edən xəstəliklərin müalicəsi üçün nəzərdə tutulan dərman vasitələrinin siyahısı”nda dəyişiklik edilib.

“Report”un əldə etdiyi məlumata görə, bununla bağlı Səhiyyə Nazirliyinin Kollegiyası müvafiq qərar qəbul edib.

Dəyişikliyə əsasən, “Pulmozim/Pulmozyme” dərman vasitəsi həmin siyahıya əlavə edilib. Bununla da siyahıda yer alan dərmanların sayı 109-a çatıb.

Qərarın icrasına nəzarət səhiyyə nazirinin müavini İlqar Qasımova həvalə edilib.

Qeyd edək ki, “Pulmozim/Pulmozyme” dərmanı kistik fibroz və bəzi xroniki ağciyər xəstəliklərinin müalicəsində istifadə edilir. 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir