Cəmiyyət

Xaqan Qurbanov Ağdaş rayonunda dəfn edilib – FOTO

Sharing is caring!

Sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində törətdiyi genişmiqyaslı təxribat nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Xaqan Qurbanov Ağdaş rayonunda dəfn edilib.

Oxu.Az-ın məlumatına görə, ilk əvvəl şəhidimizlə vida mərasimi keçirilib.

Mərasimdə onun döyüş yoldaşları, yaxınları, rayon rəsmiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Daha sonra şəhidimiz torpağa tapşırılıb.

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir