Bölgə

“Azərbaycan Qadınlarının Haqlarının Müdafiə Mərkəzi” İctimai Birliyinin Bölgələrdə Layihəsi Davam Etdirilir

Sharing is caring!

Xəbəral.az saytı xəbər verir ki, Azərbaycan Qadınlarının Haqlarını Müdafiə mərkəzi” İB sentyabr ayından başlayaraq rayonlarda, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Xidmətlər Agentliyinin sosial sifarişi üzrə “Uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması və çətin həyat şəraitində olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsi məqsədi ilə günərzi mərkəzlərin xidmətinin göstərilməsi” layihəsi çərçivəsində günərzi mərkəzin fəaliyyətini təşkil edib.

Dörd ay müddətində fəaliyyət göstərəcək mərkəzə cəlb olunmuş aztəminatlı ailələrdən olan, eyni zamanda sağlamlıq imkanı məhdud 3-5 və 6-12 yaş qrupları üzrə 30 nəfər uşağa müxtəlif sosial xidmətlər göstərilir. Uşaqlara gündəlik inkişaf xidmətləri göstərilməklə psixoloji dəstək verilir. Həmin uşaqların intellektinin inkişafıyla bağlı pedaqoq və tərbiyəçilər müxtəlif oyunlar təşkil edir.Məktəb yaşlı uşaqların ev tapşırıqlarının həllində uşaqlara yardımçı olmağa çalışırlar. Hər bir uşağın maraq və qabiliyyəti nəzərə alınaraq onların özünəxidmət bacarıqlarının artırılması və təxəyyülünün inkişaf etdirilməsi məqsədilə müxtəlif dərnəklər,məşğələlər təşkil olunur.

Mərkəzin fəaliyyəti haqqında yerli İcra Hakimiyyətlərinə məlumatlar verilib.

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir