ABŞ Prezidenti Donald Trump ABŞ Ədliyyə Nazirliyini və Federal Təhqiqatlar Bürosunu (FTB) noyabr ayında keçirilmiş prezident seçkiləri zamanı baş verən saxtakarlıq hadisələrinə göz yummaqda günahlandırıb. Birləşmiş Ştatlar Prezidenti bu barədə öz “Twitter” hesabında yazıb. “Ədliyyə Nazirliyi” və FTB 2020-ci ildə keçirilən prezident seçkilərindəki saxtakarlıqlarla bağlı heç bir tədbir görməyib, baxmayaraq ki, təkzibedilməz dəlillər var. Onlar […]
Author: Xeberal.az
Aygün Kazımova Şuşada əsgərlərlə görüşdü – FOTO
Xalq artisti Aygün Kazımova Şuşada əsgərlərlə görüşüb. XəbərAl.az xəbər verir ki, xalq artisti bu barədə İnstaqram hesabında paylaşım edib. “Sizi gördüm, ürəyim dağa döndü. Allah sizi qorusun, mənim igidlərim, qardaşlarım. Mən sizi gördüm, dünyanın xoşbəxti oldum”, – deyə Aygün Kazımova qeyd edib.
Bulvarda dənizə düşən qız belə xilas edildi — ANBAAN VİDEO
Bakıda ehtiyatsızlıqdan azyaşlı Xəzər dənizinə düşüb. XəbərAl.az xəbər verir ki, hadisə günorta saatlarında Dənizkənarı Bulvar ərazisində baş verib. Bu barədə fotoqraf Ceyhun Abdulla sosial şəbəkə hesabında videogörüntü paylaşıb. Belə ki, yeniyetmə qız ehtiyatsızlıqdan dənizə yıxılıb. Ətrafdakılar dərhal Dənizkənarı Bulvar İdarəsinin mühafizə əməkdaşlarına məlumat verib və əraziyə FHN-nin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-axtarış qrupu cəlb edilib. Əməliyyatla […]
ABŞ-ın xüsusi xidmət orqanları “uçan adam”ı axtarır – VİDEO
ABŞ-da pilot təlim zamanı 900 metr hündürlükdə reaktiv mühərriklə uçan şəxsi telefonunun kamerası çəkib. “Demirören Haber Ajansı” (DHA) xəbər verir ki, görüntülər ictimailəşəndən sonra Federal Təhqiqatlar Bürosu bu şəxsi axtarmağa başlayıb. Qeyd olunur ki, “uçan adam” adlandırılan bu şəxs artıq bir neçə dəfə oxşar təhlükəli uçuşlar həyata keçirib və onun şəxsiyyətini müəyyənləşdirmək mümkün olmayıb.
Ordumuzun bölmələri döyüş atışları keçirirlər – FOTO/VİDEO
Müdafiə nazirinin təsdiq etdiyi 2020-ci il üçün döyüş hazırlığı planına uyğun olaraq sərt hava şəraiti və müxtəlif relyefli ərazilərdə hərbi qulluqçuların döyüş hazırlığı üzrə praktiki dərsləri keçirilir. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, dərslərdən əvvəl təlim sahələrinin rəhbərləri praktiki məşqlərə cəlb olunan şəxsi heyəti təhlükəsizlik qaydaları, atışın şərtləri və digər tələblərlə tanış ediblər. […]
AzTV-nin binasında bədbəxt hadisə baş verdi — VİDEO
Azərbaycan Televiziyasının binalarından birində baş vermiş bədbəxt hadisə nəticəsində şirkətin əməkdaşlarından biri vəfat edib. AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, hadisə bu gün axşam saatlarında qeydə alınıb. QSC-nin ərazisində olan üçmərtəbəli binada otaqlardan birinin tavanı çöküb, nəticədə Videomateriallar şöbəsinin texniki işçisi 1996-cı il təvəllüdlü Gülverdi Gülverdiyev həlak olub. Allah rəhmət eləsin! […]
Kriminal avtoritet Rizvan Hüseynov özünü yeddinci mərtəbədən atıb – FOTO
Rusiyada federal axtarışda olan kriminal avtoritet Rizvan Hüseynov (“Rezvıy”) polis təqibindən qaçarkən özünü binanın yeddinci mərtəbəsindən atıb. Bu barədə REN TV xəbər yayıb. O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Hadisə ilə bağlı yoxlamalara başlanılıb. Polislərin onu təqib etməsinin səbəbi açıqlanmır. “Rezvıy” xabarovlu məşhur kriminal avtoritet Aleksandr Voroninin (Malış) silahdaşı sayılıb. Hüseynovu hüquq-mühafizə orqanlarının işçiləri belə […]
“Nar+” tətbiqi ilə müştəri xidməti cibinizdə!
Ölkədə tətbiq edilən sərt karantin rejimi müddətində “Nar” abunəçiləri evdən çıxmadan mobil hesablarını “Nar+” tətbiqi ilə müstəqil idarə edə bilərlər. Belə ki, tətbiq vasitəsilə abunəçilər izahlı qaiməni dərhal ve rahatlıqla əldə edə, balansını artıra və yoxlaya, hesabına nəzarət edə, ən uyğun tarifə qoşula, mövcud tarifi dəyişə, yeni internet paketi sifariş edə bilərlər. Tətbiq eyni anda […]
Qarabağın incisi Kəlbəcərdən yeni görüntülər – VİDEO
Müdafiə Nazirliyi Kəlbəcər rayonunun Məmmədsəfi kəndindən videogörüntülər yayıb. Həmin görüntüləri təqdim edirik:
Azərbaycanda hərbi xidmətdən tərxis başladı – RƏSMİ
Səfərbərlik üzrə hərbi xidmətə çağırılmış vətəndaşların mərhələli şəkildə tərxis edilməsi prosesinə başlanılıb. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin “Səfərbərlik üzrə hərbi xidmətdən tərxisetmə haqqında” sərəncamının Azərbaycan Ordusunda icrası ilə əlaqədar Müdafiə nazirinin müvafiq əmri imzalanıb. Əmrə əsasən, Azərbaycan Respublikası Prezidentinin 28 sentyabr tarixli sərəncamı ilə hərbi xidmətə çağırılan hərbi qulluqçular […]