Cəmiyyət

TƏBİB-dən azyaşlıya ilkin tibbi yardım etməyən xəstəxanalarla bağlı AÇIQLAMA

Jurnalist Məhərrəm Əliyev qardaşı oğlunun başından xəsarət aldığını, lakin uşağa xəstəxanaların heç birində ilkin tibbi yardım edilmədiyini iddia edib. “Qafqazinfo xəbər verir ki, jurnalist ilk olaraq uşağı Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 5 saylı bölməsinə, daha sonra isə 20 saylı şəhər poliklinikasına apardıqlarını qeyd edib. Onun sözlərinə görə, adıçəkilən xəstəxanaların heç birində […]

Dünya

İranda Qəzvin zindanında güneyli məhbus edam edilib – FOTO

Güney Azərbaycanın Qəzvin şəhərinin mərkəzi zindanında Şərqi Azərbaycan əyalətinin Əcəbşir şəhərindən olan Behzad Biderəng adlı məhbus dar ağacından asılıb. Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib. İranda İnsan Haqları Təşkilatı HENGAW-ın xəbərinə görə, edam olunan 42 yaşlı güneyli narkotik maddə qaçaqmalçılığında ittiham edilib. Qeyd olunub ki, məhbusun edam hökmü haqqında hökumət mediasında, xüsusən də […]

Siyasət

Dünyanın problemləri Azərbaycanın iştirakı ilə müzakirə olunur – RƏY + FOTO

Dünyanın problemləri Azərbaycanın iştirakı ilə müzakirə olunur, həlli yolları axtarılır. Bunu ”Report”a açıqlamasında Milli Məclisin deputatı Fatma Yıldırım deyib. Onun sözlərinə görə, Azərbaycan dünyada nüfuzlu ölkə və etibarlı tərəfdaş kimi tanınır: “Bu səbəbdən mötəbər beynəlxalq tədbirlərin əsas ünvanı da ölkəmizdir. Dünyada yaranan müasir çağırışlar, ortaya çıxan problemlər Azərbaycanın təşəbbüsü və iştirakı ilə müzakirə olunur, həlli yolları […]

Dünya

Ani Lorak qərar verdi: Rusiya vətəndaşı olacaq?

Məşhur ukraynalı müğənni Ani Lorak (əsl adı Karolina Kuek) Rusiya vətəndaşlığı üçün müraciət edib. Bu barədə sənətçiyə yaxın mənbələr məlumat verib. Mənbənin dediyinə görə, Lorak bu ilin fevralında Rusiya vətəndaşlığının alınması ilə bağlı işlərə  başlayıb. Mənbə: “RİA Novosti” Xeberal.az

Cəmiyyət

Azərbaycanda “TikTok” bağlanacaq? – RƏSMİ AÇIQLAMA

ABŞ Konqresinin Nümayəndələr Palatası ölkədə “TikTok” sosial şəbəkəsinin mümkün qadağası ilə bağlı qanun layihəsini dəstəkləyib. Oxu.Az xəbər verir ki, Azərbaycanda da “TikTok” platformasının fəaliyyətindən narazılıqlar var. ABŞ-də sözügedən platformanın istifadəsinə qoyulan qadağa müzakirələrə səbəb olub. Bəs Azərbaycanda “TikTok” platformasının fəaliyyəti dayandırıla bilərmi? Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Elektron Təhlükəsizlik Xidməti (ETX) ilə əlaqə saxladıq. […]

Cəmiyyət

Sərnişinlərin NƏZƏRİNƏ: Metronun “28 May” stansiyasının ətrafında parklanma zonası yaradılır

Bakı Dəmiryol Vağzalının Süleyman Rəhimov küçəsi ilə Mirəli Qaşqay küçəsinin kəsişməsində (metronun “28 May” stansiyasının yuxarı hissəsi) yerləşən avtomobil parklanma ərazisi martın 27-dən etibarən vağzala gələn sərnişinlərin qarşılanma və yola salınma zonası kimi fəaliyyət göstərəcək. Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC məlumat yayıb. Bildirilib ki, avtomobillərin əraziyə giriş-çıxışı parklanma məntəqəsində qurulacaq innovativ nömrə tanıma sistemi […]

Cəmiyyət

Bakı-Sumqayıt şosesi yaxınlığındakı ərazidə YANĞIN

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonunda Bakı-Sumqayıt şosesinin 3-cü kilometrliyində açıq ərazidə quru otluq sahədə yanğın olması barədə məlumat daxil olub. Bu barədə nazirlikdən məlumat verilib. Bildirilib ki, FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar. Hazırda yanğınsöndürmə işləri həyata keçirilir. Əlavə məlumat veriləcək. Xeberal.az

Cəmiyyət

“AIM Congress” çərçivəsində baş tutan milli tura qeydiyyat başladı

7-9 may tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində keçiriləcək ənənəvi İllik İnvestisiya Toplantısı (AIM Congress) startaplar üçün bir sıra imkanlar yaradacaq. Tədbir çərçivəsində startaplar üçün xüsusi proqram (AIM Startup) nəzərdə tutulur. “AIM Startup” tədbiri startaplara layihəsini xarici investorlara təqdim etmək, təcrübə mübadiləsi, əlaqələrini genişləndirmək imkanı yaradacaq. Bu barədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) məlumat […]

Cəmiyyət

Paytaxt yollarında hazırkı vəziyyət AÇIQLANDI – FOTO

Bakının bəzi küçə və prospektində nəqliyyatın sıxlığı müşahidə olunur. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hazırda sıxlıq olan yolların siyahısını təqdim edirik: 1. Bakı-Sumqayıt şosesi, Xırdalan dairəsi istiqamətində; 2. Binəqədi şosesi, metronun “Azadlıq prospekti” stansiyasından Binəqədi qəsəbəsi istiqamətində; 3. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən metronun “20 Yanvar” stansiyası […]

Siyasət

Bakı Bəyannaməsinin mətni açıqlandı

Azərbaycan Respublikasının, Gürcüstan Respublikasını və Türkiyə Respublikasının Xarici İşlər Nazirlərinin Doqquzuncu Üçtərəfli Görüşünün Bakı Bəyannaməsinin mətni açıqlanıb. Oxu.Az xəbər verir ki, Bakı Bəyannaməsində deyilir: Azərbaycan Respublikasının xarici işlər naziri, zati-aliləri Ceyhun Bayramovun dəvəti və Türkiyə Respublikasının xarici işlər naziri, zati-aliləri Hakan Fidan və Gürcüstanın xarici işlər naziri, zati-aliləri İlya Darçiaşvilinin iştirakı ilə üç ölkənin xarici işlər nazirlərinin […]