AKTUAL

Bu obyektlərdə pozuntu aşkarlandı – “Kontakt home”, “Al market”, “Akşam şirniyyat”…

İqtisadiyyat Nazirliyi sahibkarlıq subyektlərində (ictimai iaşə və turizm obyektləri istisna olmaqla) pandemiya şəraitinin zəruri qayda və tələblərinə əməl olunmasına nəzarət tədbirlərini davam etdirir. Nazirliyin mətbuat xidmətindən  bildirilib ki, noyabrın 25-də keçirilən monitorinqlər zamanı Nəsimi rayonunda “Kontakt home” mağazasında, Elçin İbrahimova məxsus “Lombard”da, Sabunçu rayonunda Aydın Aslanova məxsus şüşə sexində, Qaradağ rayonunda “King smart super market”də, […]

Region

Rusiyalı istehkamçılar Şuşa ətrafını minalardan təmizləyir – VİDEO

Rusiyalı istehkamçılar Şuşa ətrafını minalardan təmizləməyə başlayıblar. “RİA Novosti” bununla bağlı kadrlar paylaşıb. Qeyd edək ki, RF Müdafiə Nazirliyinin Beynəlxalq Ərazilərinin Minalardan Təmizlənməsi Mərkəzinin mütəxəssisləri bölgədəki sülhməramlı əməliyyat zonasında tapşırıqları yerinə yetirmək üçün Dağlıq Qarabağa yollanıblar.

İdman

UEFA “Qarabağ”ın Mətbuat xidmətinin rəhbərini ömürlük futboldan uzaqlaşdırdı

UEFA “Qarabağ”ın Mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovla bağlı yekun qərarını verib. Xəbəral.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, N.İbrahimov futboldan ömürlük kənarlaşdırılıb. Dağlıq Qarabağ münaqişəsi zamanı “Facebook” pofilində ermənilərlə bağlı paylaşım edən klub rəsmisi bu hərəkətinə görə sərt cəzaya məruz qalıb. “Qarabağ” klubu da cəzadan qaça bilməyib. Belə ki, qitənin ali futbol qurumu Ağdam təmsilçisini […]

Gündəm

“Johnson & Johnson” Dağlıq Qarabağ regionu ilə bağlı səhvini etiraf etdi

ABŞ-ın “Johnson&Johnson” şirkəti Dağlıq Qarabağ regionu ilə bağlı səhvini etiraf edib. Xəbəral.az xəbər verir ki, bu barədə şirkətin bəyanatında deyilir. Bəyanatda qeyd olunub ki, münaqişə dövründə şirkət regionun adını səhv olaraq qeyd edib: “Son zamanlar Ermənistanla Azərbaycan arasında münaqişədə “Johnson&Johnson”un mövqeyi barədə müxtəlif fikirlər səsləndirilib. Biz münaqişə regionunu sosial şəbəkədə səhv adlandırmışıq. Səhv olduğunu təsdiq […]

İqtisadiyyat

Fransanın avtomobil nəhəngi Avropada zavodunu bağlayır

Fransanın avtomobil nəhəngi “Renault” ölkə səlahiyyətlilərinin müqavimətinə baxmayaraq, Avropadakı fabriklərindən birində avtomobil istehsalını dayandırmağa qərar verib. “Bloomberg” bu barədə şirkət rəhbərliyinin açıqlamasına istinadən xəbər yayıb. Həmin müəssisədə təxminən 70 il ərzində 20 fərqli avtomobil modeli yığılıb. Hazırda orada “Zoe” və “Nissan Micra” elektrikli avtomobillər istehsal edilir.

İqtisadiyyat

Mərkəzi Bank çek ilə ödəniş sisteminin qurulması işlərinə start verib

“Çeklərlə hesablaşma modelinin tətbiqi ilə təsərrüfat subyektlərinin hesabında vəsait olmasa belə, gələcək tarixə ödəniş öhdəliyi götürməklə mal və ya xidmət ala bilərlər. Modelin ölkəmizdə tətbiqi məqsədilə Türkiyə təcrübəsi tərəfimizdən yaxından araşdırılıb”. Mərkəzi Bankdan  verilən açıqlamada çek (qəbz) ilə ödəniş sisteminin Mərkəzi Bank tərəfindən tənzimlənməsi prosesi və sistemin tətbiqi haqda məlumat verilib. Bildirilib ki, çekin özünəməxsus xüsusiyyətləri […]

İqtisadiyyat

Fransa qərəzli qətnaməyə görə Cənubi Qafqazdakı ən böyük ticarət tərəfdaşını itirə bilər

Erməni lobbisinin təsiri altında Fransa Senatının qəbul etdiyi qətnamə regionda yeni reallıqların həzm edilə bilməməsini göstərir. Bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib. Mərkəzin rəhbəri məsələyə münasibət bildirərkən deyib ki, əslində Azərbaycan Fransanın Cənubi Qafqazda ən iri ticarət partnyorudur və Fransanın Cənubi Qafqaz ölkələri ilə ümumi ticarət dövriyyəsinin 2/3-si məhz Azərbaycanın payına […]

Xarici siyasət

Mövlud Çavuşoğlu və NATO-nun baş katibi Qarabağ münaqişəsini müzakirə ediblər

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu və NATO-nun baş katibi Yens Stoltenberg telefonla regional gündəmin aktual məsələlərini müzakirə edib. Bu barədə “Anadolu” Agentliyi Ankaradakı diplomatik mənbələrə istinadla xəbər yayıb. Məlumata görə, müzakirələr zamanı Çavuşoğlu və Stoltenberg Dağlıq Qarabağdakı vəziyyətə də toxunublar.

MDB

Moskvada koronavirusla bağlı məhdudiyyətlərin müddəti uzadılıb

Rusiyanın paytaxtı Moskvada koronavirusla bağlı tətbiq olunan məhdudiyyətlərin müddəti gələn il yanvarın 15-nə kimi uzadılıb. Bu barədə Rusiya paytaxtının meri Sergey Sobyanin əmr imzalayıb. Belə ki, hazırda qüvvədə olan məhdudlaşdırılmalara əsasən yaşı 65-dən yuxarı olan və xroniki xəstəliklərdən əziyyət çəkən Moskva sakinlərinə evi tərk etməmək tövsiyə olunur. Eləcə də paytaxtdakı iş müəssisələrində işçilərin ən az […]

MDB

MDB ölkələrinin Ali Məhkəmələr Şurası yaradılacaq

MDB ölkələrinin Ali Məhkəmələr Şurası yaradılacaq. Bu barədə Rusiya Ali Məhkəməsinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, müvafiq qərar bu gün MDB-də iqtisadiyyat sahəsində mübahisələri həll edən Ali arbitraj, təsərrüfat, iqtisad məhkəmə sədrləri Şurasının iclasında verilib. İclasda MDB icraiyyə komitəsinin sədri, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Ermənistan və Rusiya ali məhkəmələrinin nümayəndə heyətləri iştirak ediblər. MDB Ali […]