Xarici siyasət

İraq Parlamentinin Baş katibi Azərbaycan Prezidentinə məktub ünvanlayıb

İraq Parlamentinin Baş katibi Servan A.İsmail Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlayıb. XəbərAl.az xəbər verir ki, məktubda deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Ermənistanla atəşkəs razılaşmasının imzalanması və ərazi bütövlüyünüzün bərpası münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Şübhəsiz ki, bu tarixi atəşkəs razılaşması bölgədə ədalətin bərqərar olmasında mühüm mərhələdir. Mən və çoxmilyonlu xalqımız Sizin […]

Dünya

Məhkəmə sabiq prezidentin 11 il müddətinə azadlıqdan məhrumetmə cəzasını ləğv edib

Qırğızıstan Respublikasının Ali Məhkəməsi keçmiş prezident Almazbek Atambayev barəsində çıxarılmış 11 il müddətinə azadlıqdan məhrumetmə cəzasını ləğv edib və cinayət işinə yenidən baxmaq üçün birinci instansiya məhkəməsinə qaytarıb. Bu barədə “Sputnik” Qırğızıstan məlumat yayıb. Xatırladaq ki, A.Atambayev 2011-2017-ci illərdə Qırğızıstan Respublikasına rəhbərlik edib.

İdman

Millimizin üzvü Xorvatiyada 2 min dollar qazandı – FOTO

Karate millimizin üzvü İrina Zaretskaya Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən “Top Ten” (İlk 10-luq) adlı beynəlxalq turnirin qalibi olub. İdmançılar hər ilin sonunda bu yarışda xüsusi dəvətlə iştirak edirlər. Yüksək nəticəsi olan seçilmiş karateçilər bir dövrə görüşərək, aralarında ən güclünü təyin edirlər. Bir növ şou xüsusiyyəti də daşıyan “Top Ten” turnirinin qalibinə kubokdan başqa, 2 min dollar pul […]

Maqazin

Tanınmış teleaparıcı ARB-yə keçdi – VİDEO

ARB TV-nin “Xəbər Ətər” verilişində aparıcı dəyişikliyi olub. Belə ki, veriliş öz tamaşaçılarını yeni həftənin ilk günündən tanınmış teleaparıcı Zümrüd Bədəlovanın təqdimatında salamlayıb. Qeyd edək ki, “Xəbər Ətər” verilişi həftənin beş günü, saat 09:55-də ARB TV-nin efirində c\anlı yayımlanır.

Cəmiyyət

“Nar”ın 4G istifadəçilərinin sayı 35 % artıb

Abunəçilərini kəsintisiz və sürətli internet təcrübəsi ilə təmin etməyi hədəfləyən “Nar”ın 2020-ci ilin 9 ayı ərzində 4G istifadəçilərinin sayı 35 % artıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə 4G istifadəçilərinin sayı Bakı üzrə 27 %, regionlar üzrə isə 51 % yüksəlib. Mobil operatorun bütün ölkə ərazisində LTE/LTE-A texnologiyalı baza stansiyalarını genişlənməsi, təqdim etdiyi sərfəli tariflər […]

Dünya

Paşinyanın Rusiyaya səfəri ləğv edildi

Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiyaya səfəri ləğv olunub. Bu barədə Ermənistanın “Mediaport” “Telegram” kanalı məlumat yayıb. “Ermənistanın Paşinyan-Putin ikitərəfli görüşünü təşkil etmək üçün bütün cəhdləri uğursuz olub və Baş nazirin protokol rəhbəri İrəvana geri çağırılıb”, – deyə xəbərdə bildirilir.

Cəmiyyət

Vilayət Eyvazov generala yüksək vəzifə verdi

Daxili İşlər Nazirliyində kadr dəyişikliyi edilib. XəbərAl.az xəbər verir ki, bu barədə nazir, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, polis general-mayoru Teymur Hacıyev Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi təyin olunub. O, bundan əvvəl Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini vəzifəsində çalışıb. DİN-in Mətbuat Xidmətindən məlumatı təsdiqləyiblər.

Gündəm

Topçu Vüsaldan fotosunun içki şüşəsinə vurulmasına REAKSİYA

Vətən müharibəsinin qəhrəmanlarından olan topçu Vüsal Şahkərəmovu məşhurlaşdıran fotonun spirtli içki şüşəsinin üzərinə vurulması sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. Əsgərin atası İslam Şahkərəmov bu barədə “Ölkə.Az”a  bildirib ki, şərab istehsalçılarına şifahi şəkildə razılıq verib: “Bir az əvvəl həmin adamlar yenə mənə zəng etmişdilər. Dedilər ki, Vüsal özü bu məsələyə nə deyir, əsas odur. Mən də belə […]

Gündəm

Qazax İcra Başçısı Rəcəb Babaşov Qarabağ Qazisi İlə Niyə Maraqlanmır?- ŞİKAYƏT VİDEO FOTOFAKT

XəbərAl.az saytının Whatsapp nömrəsinə Qazax rayon sakini Vətən müharibəsi iştirakçısı olmuş, həmin döyüşlərdə sol ayağını itirmiş Qarabağ qazisi Musayev Kənanın anası Məmmədova Məhəbbət xanım Qazax rayonun İcra Başçısı Rəcəb Babaşovdan və həmin rayonun bəzi məmurlarından şikayət məktubu göndərib. Məktubda bildirilir ki, oğlu Qarabağ qazisi Kənanla birlikdə yataqxanada çox ağır durumda yaşayırlar. İstilikləri belə yoxdu, işsizdi, […]

Cəmiyyət

Yaşayış yerini qanunsuz tərk edən COVID-19 xəstələri barədə cinayət işi başlanıldı – FOTO/VİDEO

Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində ev şəraitində müalicə alan koronavirus xəstəsi Saray qəsəbəsində yaşayan Emin Cəfərquliyev saxlanılıb. Araşdırma zamanı müəyyən edilib ki, aktiv COVID-19 virusunun daşıyıcısı olan bu şəxs karantin qaydalarını kobud şəkildə pozaraq yaşadığı ünvanı bir neçə dəfə tərk edib. Polislər müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə Emin Cəfərquliyevi evindən kənarda […]