Mədəniyyət

Xalq artisti Yaşar Nuri xatirələrdə: “Üzü nə qədər çox gülürdüsə…” – FOTO

Özü haqqında “Nadiri taxta görən adam” deyirdi. Baxmayaraq ki, yaşı o qədər də çox deyildi, amma həyatın dərsləri, oynadığı obrazların sanbalı, sənətinin ağırlığı, insanlara olan münasibəti, tamaşaçıların sonsuz sevgisi bu sözləri deməsinə haqq verirdi. Xalq artisti Yaşar Nurini 22 noyabr – xatirəsi günündə xatırlayan sənət dostları da onu təkcə bütün xalqın sevdiyi, sənətdə izi qalan […]

Mədəniyyət

Beynəlxalq yarışda qızıl medal qazanan azərbaycanlı stilist: “Düşmənlərimiz yana-yana baxırdılar” – FOTO/VİDEO

Azərbaycanlı stilist dünya üzrə saç düzümləri çempionatında qızıl medala layiq görülüb. Oxu.Az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb və hər kəs tərəfindən maraqla qarşılanıb. Oxu.Az-ın əməkdaşı qızıl medala layiq görülən beynəlxalq səviyyəli stilist Ceyhun Babayev ilə danışıb. O, yarışda ilk dəfə iştirak etdiyini qeyd edib: “Birinci dəfədir ki, Azərbaycanın adı ilə dünya […]

Mədəniyyət

Türk dünyası memarlarının Şuşa simpoziumu işini panel müzakirələrlə davam etdirir – FOTO

Ulu öndər Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində türk dünyası memarlarının Şuşada simpoziumu noyabrın 25-də işini panel müzakirələrlə davam etdirir. AZƏRTAC xəbər verir ki, simpoziumun ikinci günündə “Tarixi şəhər landşaftının qorunması və regenerasiya siyasətləri”, “Abidələrin mühafizəsi, bərpası və konservasiyası” mövzularında müzakirələr aparılacaq. Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin təşkilatçılığı, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun dəstəyi […]

Mədəniyyət

Britni Spirs boşandıqdan sonra keçmiş əri ilə münasibətlərini düzəldib

Müğənni Britni Spirs səs-küylü boşandıqdan sonra keçmiş əri Sem Asqari ilə münasibətlərini düzəldə bilib. Məlumata görə, Spirs və Asqari hazırda dostdurlar. Fitnes məşqçisi hələ də müğənninin ayda 10 min dollar ödədiyi Los-Ancelesdəki hündürmərtəbəli binada yaşayır. İnsayderlər, ulduzun boşanmanı tamamlamaq üçün Semə böyük bir məbləğdə çek yazmağı planlaşdırdığını da qeyd etdilər. Qeyd edək ki, Britni Spirs […]

Mədəniyyət

Türk dünyası ölkələrinin memarları tarixi Şuşada toplaşıblar – FOTO

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin təşkilatçılığı, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun dəstəyi ilə Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Türk dünyası memarlarının Şuşa simpoziumu” 24 noyabr tarixindən etibarən Şuşa şəhərində öz işinə başlayıb. Oxu.Az xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov, İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin […]

Mədəniyyət

Şuşada XVIII əsrə aid olan Əsəd bəyin evindən yeni görüntülər – VİDEO

İşğaldan azad edilmiş Şuşa şəhərində yerləşən Əsəd bəyin evinin yeni görüntüləri yayılıb. Şuşa əsilzadələrindən olan Əsəd bəyin evi XVIII əsrin əvvəllərində tikilib. Çoxotaqlı olması ilə digər evlərdən fərqlənən binanın birinci mərtəbəsinin inşasında yerli ağ qaya daşlarından, ikinci mərtəbəsinin inşasında isə bişmiş qırmızı kərpicdən istifadə olunub. Qeyd edək ki, Əsəd bəyin evi də digər abidələr kimi, […]

Mədəniyyət

Fransada Puşkinin nadir nəşrlərini oğurlayan üç nəfər saxlanılıb

Fransada Puşkinin nadir nəşrlərini kitabxanalardan oğurlamaqda ittiham olunan üç nəfər saxlanılıb. Məlumata görə, onlar Gürcüstan vətəndaşı olublar. “Journal du Dimanche” oğruların mümkün motivləri arasında nəşrlərin qara bazarda yenidən və baha qiymətə satılması və ya onları Rusiyaya qaytarmaq istəyi olduğunu iddia edir. Mənbə: RİA novosti Xeberal.az

Mədəniyyət

Tarixi abidələrdə yol verilmiş müdaxilələr aradan qaldırılıb – FOTO

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən ölkə ərazisində yerləşən tarix-mədəniyyət abidələrinin qorunması və mövcud qanunvericilik çərçivəsində istifadəsi istiqamətində təbliğat və maarifləndirmə işləri davam etdirilir. Nazirlikdən verilən məlumata görə, mütəmadi olaraq abidələrin bədii-estetik görkəminə xələl yetirilməsinin yolverilməz olduğu, reklam lövhələrinin qanuna uyğun şəkildə yerləşdirilməsi, təmir, tikinti, bərpa və digər […]

Mədəniyyət

Şuşadakı məscidlərin bərpası nə zaman başa çatacaq? – AÇIQLAMA

“Şuşanın infrastrukturunun qurulması prosesi sürətlə davam edir. Aşağı Gövhər Ağa və Mamayı məscidlərinin bərpası gələn il başa çatacaq”. Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov deyib. Şuşada yeni böyük məscidin inşasının planlaşdırıldığını diqqətə çatdıran Aydın Kərimov 2024-cü ildə, həmçinin Daşaltı kəndində məscidin istifadəyə veriləcəyini, artıq tikinti işlərinin aparıldığını qeyd edib. […]

Mədəniyyət

Rusiyalı aktyor Hindistanda faciəvi şəkildə vəfat etdi – FOTO

Rusiyalı aktyor Maksim Beletski Hindistanda vəfat edib. Onun 37 yaşı olub. Bu barədə Yoşkar-Ola Respublika Kukla Teatrından bildirilib. Aktyorun ölüm səbəbləri açıqlanmır, ancaq “faciəli şəkildə öldüyü” vurğulanıb. “Qohumlarının məlumatına görə, o, yandırılaraq orada dəfn olunacaq”, – deyə kukla teatrının yaydığı bəyanatda bildirilib. Mənbə: RTVİ Xeberal.az