Mədəniyyət

Ölkəmiz beynəlxalq rəqs festivalında uğur qazanıb – FOTO

Özbəkistanın Xiva şəhərində keçirilən “Lazgi” Beynəlxalq Rəqs Festivalında iştirak edən Fikrət Əmirov adına Dövlət Mahnı və Rəqs ansamblı aprelin 29-da axşam qala-konsert proqramında iştirak edərək, dünyanın 30 ölkəsindən gələn 200-ə yaxın rəqqas arasında 2-ci yerə layiq gürülüb. Oxu.Az xəbər verir ki ansamblın solistləri, əməkdar artistlər Elnur Süleymanov, Nigar Şahmuradova, Viktoriya Şahmuradova və Günel Şeyxovanın əsrarəngiz […]

Mədəniyyət

“Köhnə çamadanlar” təqdim edildi – FOTO/VİDEO

Aprelin 30-da  Nizami Kino Mərkəzində “Köhnə çamadanlar” adlı tammetrajlı bədii filmin təqdimatı keçirilib.  Premyerada yaradıcı heyətlə yanaşı, ictimai xadimlər, QHT-nümayəndələri,  Vətən müharibəsi iştirakçıları və ssenaridə yer alan hadisələrin şahidləri  də iştirak ediblər.  Real həyat  hekayələri əsasında çəkilən film müharibənin qadın taleyində  buraxdığı ağrılı izlərə yeni ekran həyatı verib.  Birinci Qarabağ müharibəsində el-obasından didərgin düşən, işgəncələrə […]

Mədəniyyət

Bu gün Xalq artisti Zabit Nəbizadənin doğum günüdür

Bu gün Xalq artisti Zabit Nəbizadənin doğum günüdür. O, 1965-ci ildə Şamaxıda anadan olub.  Zabit Nəbizadə 1991-1995-ci illərdə A.Zeynallı adına Azərbaycan Dövlət Musiqi Texnikumunun “Solo oxuma” (xanəndəlik) şöbəsində, 1996-2000-ci illərdə isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Teatr kollektivinin rejissoru” fakültəsində təhsil alıb. 2000-ci ildən Bakı Musiqi Kollecində müəllim kimi fəaliyyət göstərən Zabit Nəbizadə 2003-cü […]

Mədəniyyət

Bizi bizə sözsüz tanıdan o adam – FOTOREPORTAJ

Teatr həyatın obrazlaşdırılmış təcəssümüdür. Səhnədə olan sevgi, nifrət, mərhəmət, emosiyalar cəmdə yaşayıb görə bilmədiyimiz, hiss edib duya bilmədiyimiz məqamları özümüzə göstərir.  Həmin reallıqla üzləşməyimiz yalnız teatr divarları arasında olmur. Bəzən səhnədə olan “özümüz”lə küçədə, heç gözləmədiyimiz vaxtda qarşılaşırıq. Bizə göstərən sənətçilərdən biri də Türkiyə vətəndaşı Fərhat Kılıçdır. İndiyədək dünyanın 26 ölkəsində olan pantomim aktyoru Bakıda da olub.  […]

Mədəniyyət

Atalarından miras qalan sənəti YAŞADANLAR: “Xahiş edirik, bərk gülmə, bığın qopacaq” – REPORTAJ + FOTO

“Əvvəlcə saç, xüsusi dartınmayan parça növü alınır, “balvanka” hazırlanır. Material birləşdirilir “balvanka”ya və onun üzərinə saçlar ilmə vasitəsilə toxunulur. Buna səbir, amma həm də yaradıcı olduğundan, böyük həvəs də lazımdır. Bəzən bir neçə saat sərasər işləməli olursan”.  Teatr deyəndə ilk ağla gələn ifadələrdən biri də qrimdir. Qrim, əslində, aktyorların teatr səhnəsində və ya bədii film […]

Cəmiyyət

İcra başçısının maşını “protiv” getdi: Yol polisi görüb “çest” verdi – VİDEO

Abşeron Rayon İcra Hakimiyyəti başçısının xidməti avtomobili ilə törədilən qayda pozuntusu kameraya düşüb.  Görüntüləri oxuculardan biri avtosfer.az-ın redaksiyasının elektron ünvanına göndərib. Aprelin 1-i Masazır qəsəbəsi Əliağa Vahid küçəsində hərəkət edən 01-AA-001 qeydiyyat nişanlı “Lexus” markalı avtomobilin sürücüsü ayırıcı zolağın sol tərəfi ilə tam olaraq əks istiqamətdə hərəkət edib. Sürücü əks istiqamətdə hərəkət etdikdən sonra qarşıdakı svetoforun […]

Cəmiyyət

Baş Prokurorluq Aysel Ələkbərzadənin intihar cəhdi haqda

“Hazırda istintaq əsas fərziyyə kimi Aysel Ələkbərzadənin feminist hərəkatının ayrı-ayrı üzvləri tərəfindən qanunsuz aksiyanın qurbanına çevrilməsi istiqamətində aparılır”. Bunu Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov deyib. O bildirib ki, cinayət işi üzrə feministlərin fəalları Aslan Həmidli, Nurlan Cəfərov (Nurlan Libre təxəllüslü), Yusif İsayev dindiriliblər. Aysel Ələkbərzadənin aksiya zamanı istifadə etdiyi provokasiya xarakterli şüarın kimlərin […]

İdman

Nigeriyada futbolçu oyun zamanı dünyasını dəyişdi – VİDEO

Nigeriyanın “Nasarava Yunayted” klubunun futbolçusu Çieme Martins ölkə çempionatı çərçivəsində “Katsina Yunayted” klubuna qarşı oyunda huşunu itirərək yerə yıxılıb. “Sport24” xəbər verir ki, faciə martın 8-i günorta baş verib. Futbolçu huşunu itirdikdən sonra meydançada duran təcili tibbi yardım maşını işə düşməyib. Nəticədə o, xəstəxanaya jurnalistlərin maşını ilə çatdırılıb. Oyunun sonunda komanda yoldaşlarının ölüm xəbərini eşidən futbolçualr […]