Cəmiyyət

Zərdab rayonunda küçələrdən birinə şəhid hakimin adı verilib

avqustunda torpaqlarımızın azadlığı uğrunda Füzuli rayonunun Kültəpə ərazisində gedən döyüş zamanı şəhid olmuş hakim Məhərrəm Məmmədovun adı verilib. XəbərAl.Az xəbər verir ki, Zərdab Rayon İcra Hakimiyyəti başçısının sərəncamına əsasən küçə Azərbaycan xalqı qarşısında xüsusi xidmətlərinə görə tanınmış hakimin adı ilə adlandırılıb. Şəhərin 3-cü məhəlləsində, Zərdab-Ucar avtomobil yolundan Suvarma Sistemləri İdarəsinə qədər uzanan küçənin uzunluğu 530 […]

Təhsil

Məktəblərin bağlanması gözlənilir? – RƏSMİ

Təhsil Nazirliyinin açıqladığı rəqəmlərə görə, sentyabrın 22-də 10 şagirddə və yeddi nəfər işçi heyətdə koronavirus aşkarlanıb. Bir neçə gündür ki, sosial şəbəkələrdə məktəblərin yenidən bağlanacağı ilə bağlı müxtəlif müzakirələr gedir. Təhsil Nazirliyindən XəbərAl.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, əyani tədrisin dayandırılması “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin […]

İdman

Cüdoçularımıza bəd xəbər: Tokioya gedə bilməyəcəklər

Dekabrda Yaponiyanın paytaxtı Tokioda keçirilməsi nəzərdə tutulmuş cüdo üzrə Böyük Dəbilqə turniri ləğv edilib. Beynəlxalq Cüdo Federasiyasının saytı xəbər verir ki, buna səbəb gələn il Tokioda Olimpiya Oyunlarının keçirilməsidir. Olimpiadaya qədər Yaponiyada tədbirlərin sayının azaldılması koronavirus təhlükəsinin mümkün qədər aradan qalxmasına hesablanıb. Həmçinin 2021-ci ilin əvvəllərindən milli çempionatların olacağı nəzərə alınaraq, bu yarış ləğv olunub. Ancaq […]

Siyasət

Baş nazirdən “Mediasiya haqqında” qanunla bağlı QƏRAR

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İlkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqqın və digər xərclərin məbləği”nin təsdiq edilməsi barədə” 2019-cu il 15 iyul tarixli 308 nömrəli, “Mediasiya xərclərinin dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2019-cu il 16 avqust tarixli 360 nömrəli və “Mediasiya prosesinin həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2019-cu […]

Hadisə

Salyanda avtomobil 54 yaşlı qadını xəstəxanalıq etdi

Salyanda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. “Report”un məlumatına görə, hadisə axşam saatlarında Çuxanlı kəndində qeydə alınıb. Kənd sakini, 1966-cı il təvəllüdlü Kərimova Mənsurə Pənah qızı yolda gedən zaman naməlum minik avtomobili tərəfindən vurulub. Müxtəlif dərəcəli xəsarətlər alan qadın Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

Cəmiyyət

– “Dayıma şər atmağa məcbur etdi…”

XəbərAl.Az saytı xəbər verir ki, Azərbaycan Uşaqlar Birliyi”nin sədri Kəmalə Ağazadə haqqında növbəti dəfə ittihamlar səsləndirilib. Cebhe.info xəbər verir ki, bu dəfə “Space” TV-də yayımlanan “Gəl dərdini danış” verilişində QHT rəhəbri barədə iddialar gündəmə gəlib. Ləman S. adlı qız dayısına şər atdığını və Kəmalə Ağazadənin ona bu addımdan geri çəkilməyə imkan vermədiyini bildirib. Məhkəmə Ləmanın […]

Sosial

Bakcell və tərəfdaşları ilə “Xəzəri qoruyaq”

Beynəlxalq Sahilyanı Təmizlik Günü çərçivəsində Bakı çimərliklərində “Xəzəri qoruyaq” şüarı ilə növbəti təmizlik aksiyası keçirilib. “Coca-Cola”, Bakcell, PASHA Bank, “Carlsberg”, “AzEcol” şirkətləri, ASAN Xidmət və Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən təşkil olunan aksiya Bakının 20 müxtəlif çimərliyində baş tutub. Tədbirə qatılan və dəstək olan digər qurumlar sırasında “ASAN Könüllüləri”, Azərbaycan Dövlət Reklam Agentliyi, ASAN […]

Siyasət

Azərbaycanda yeni Dövlət Agentliyi yaradıldı

Azərbaycan Respublikasının Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi yaradılıb. AZƏRTAC xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb. Azərbaycan Respublikasının Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin işçilərinin say həddi 40 ştat vahidi müəyyən edilib. “Azərbaycan Respublikasının Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin Əsasnaməsi” təsdiq edilib. […]

Cəmiyyət

Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai əlaqələr şöbəsinin məlumatı

Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində hərbi təxribatların intensivləşməsi ilə eyni vaxtda düşmən tərəfi sosial şəbəkə resurslarında saxta azərbaycanlı adlarından və Azərbaycan dilindən istifadə etməklə cəbhə bölgələrində əhali arasında gərginlik və çaxnaşma yaratmaq, eləcə də Silahlı Qüvvələrimizin hərbi bölmələrinin fəaliyyəti, əməliyyat niyyətləri, yerdəyişmələri və s. barədə məlumatlar toplamaq məqsədilə davamlı fəaliyyət göstərir. Qeyd edilən hallarla əlaqədar, Dövlət […]

Cəmiyyət

AVP-Dən Iddialarla Bağlı AÇIQLAMA

Milli Məclisin deputatı Fəzail Ağamalının sədr olduğu Ana Vətən Partiyasının (AVP) Mətbuat xidmətnin rəhbəri Tünzalə İsmayıllı bəzi mətbuat orqanlarında F.Ağamalı barəsində yer alan fikirlərə münasibət bildirib. “Hürriyyət” qəzetində çap olunan Ramiz Mehdiyev milli kadrları necə “məhv edib”… –  başlıqlı yazı  bir çox xəbər portallarında da dərc olunub. “Hüseyn Abdullayevin mandatdan məhrum edilməsi” yarımbaşlığında Fəzail Ağamalı […]